Ermənilərin yeni-köhnə oyunları, yaxud Qeqamın Google-dan absurd tələbi
Özünü Qarabağın "hüquq müdafiəçisi" - "ombudsmanı" kimi təqdim edən Qeqam Stepanyan adlı erməni Google-a məktub göndərərək "Azərbaycanın təxribatlarına uymamağa, əsassız tələblərinə məhəl qoymamağa və Qarabağın erməni toponimlərini rəqəmsal xəritələrdən silməkdən çəkinməyə" çağırıb... Bu barədə bir az sonra.
Tarix dəfələrlə sübut edib ki, dünyada ermənilər qədər əxlaqını itirmiş, xəyanətkar, oğru, qəsbkar, vandal ikinci bir millət yoxdur və bundan sonra da olacağı istisnadır. Özünün uydurduğu yalanların ətəyində sürünən başqa bir millətin də mövcudluğu sual altındadır. Və bu xarakterlərin içində xəyanətkarlıq ermənilərin lap alnına yazılıb. Türklərə, Azərbaycanlılara qarşı nifrətin nədən və haradan qaynaqlandığını dəqiq bilməsək də, bu xain milləti bizimlə qonşu edən güclər ermənilərdən çox məharətlə hələ də istifadə etməkdədirlər.

Rusiya saytlarını axtararkən qarşıma maraqlı bir xəritə keçdi. Altında izahı da var idi: Qafqazın Rusiya imperiyasına birləşdirilməsinin ilk mərhələsi - 1774-1849. Dərhal Ermənistanı axtarıram, yoxdur, erməni toponimləri də həmçinin. Əvəzində İrəvan, Naxçıvan, Qarabağ, Şirvan, Gəncə, Şəki, Bakı xanlıqları, Şəmşədil, Qazax sultanlıqları, ermənilərin hazırda Sevan adlandırdıqları göl öz adı ilə "Göyçə gölü" kimi qeyd edilib. Basarkeçər, Sürməli, Pəmbək, Borçalı, İrəvan, Cəlal-oğlu, Qaraqoyunlu, Karvan-saray kimi yer adlarımız xəritədə göstərilib. Rus mənbələri Qarabağın incisi, mədəniyyət beşiyini Şuşi yox, məhz Şuşa kimi qeyd ediblər. Məlumat üçün bildirək ki, bu xəritələr Rusiya arxivlərində hələ də saxlanılır.
Yenə təkrar edirəm, bu xəritələrdə Ermənistana aid bir ad belə yoxdur. Bəs erməni "alimləri", "tarixçiləri" Ermənistan adlı qondarma dövləti hansı mənbələrə əsaslanıb yüzilliklərə, minilliklərə bağlayırlar? Niyə erməni tarixçiləri belə yalanlar uyduranda həmişə ədalətdən danışan Rusiya və bu ölkənin alimləri susurlar? Sanki, ermənilərin qarşısında günah işlədiblərmiş kimi ağızlarını kilidləyib gözlərini döyürlər. Axı, ermənilərin tarixi saxtalaşdırmaları, xəritələr üzərində apardıqları korrektələr Rusiyanın heç də xeyrinə deyil. Rusiya imperiyası Azərbaycanın şimal hissəsini Qacarlar dövlətindən qoparıb alanda sülh müqaviləsini kiminlə, hansı dövlətlə bağlamışdı, hansı xanlıqları özünə birləşdirmişdi, o xanlıqların başında kim dururdu, bu xanlıqlarda erməni adına kimsə rast gəlibmi? Yoxdur. Tarixi, yaxud hansısa mənbəni eşələməyin, tapa bilməzsiniz.
Onda siz deyin, ağalar, cənablar, ermənilərə bu cəsarəti verən kimdir? Yenə hamı bir ağızdan "imperialist qüvvələr", "türkün-müsəlmanın düşmənləri" deyəcək və bununla da işini bitmiş hesab edəcək. Amma yox, bu cəsarəti onlara biz vermişik, bizim laqeydliyimiz, susqunluğumuz verib. Tariximizə o qədər biganə olmuşuq ki, əvəzində ermənilərin saxta tarix yazmasını sadəcə seyr etmişik.
Budur, növbəti fakt. 2021-ci il dekabrın sonunda Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi diplomatik kanallar vasitəsilə “Google”a “Qarabağda erməni adlarından istifadə edilməsindən imtina etmək” tələbi ilə müraciət edir. Və bundan sonra "Google Maps" Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında coğrafi adları yenidən siyahıya alır. Halbuki, hazırda ermənilərin də yaşadığı Qarabağ dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Bu ərazilərdə adların ermənicə yazılması qəbuledilməzdir və buna heç bir lüzum da yoxdur. Ermənistandakı yer adlarını Google Azərbaycan dilində yazırmı, yox. Bəs, beynəlxalq axtarış resursu qanunsuz sifarişləri yerinə yetirsə, bunun sonunu düşünürmü? Çox güman ki, Google-nin başında duranlar belə yanlışlığa bir daha yol verməz. Bütün bunlara baxmayaraq, ermənilər "Google" qarşısında məsələ qaldırıblar ki, əksinə, Qarabağdakı kənd və şəhərlər və digər yer adları yalnız erməni dilində qeyd edilsin. Nəyə əsasən, hansı qanuna istinadən? Ermənilər özləri bilirlərmi bütün bu illər ərzində rəhbərləri onları aldadıb, öz işğalçılıq siyasətlərinə alət edib? Bəli, alət ediblər, onlardan bir qurbanlıq keçi düzəldiblər. Əvvəllər yaşadıqları evlərindən müxtəlif yollarla, şirnikləndirici üsullarla çıxararaq Azərbaycanın əzəli torpaqlarına, işğal etdikləri Şərqi Zəngəzura, Qarabağa köçürüblər, orada məskunlaşdırıblar. Savadsız, dünyadan bixəbər, məktəbdə keçmişdən xəbərdar olmaq üçün tarix, sərhədlərin dəqiq göstərildiyi xəritələrdən bəhs edən coğrafiya dərsi keçməyən ermənilər də qoyun sürüsü kimi Koçaryan, Sarkisyan, Paşinyan kimi çobanların qabağına düşüb Azərbaycan torpaqlarına gəliblər. 30 il ərzində bu sürü keçmişini, zatını-kökünü o qədər unudub, manqurtlaşıb ki, 44 günlük savaşdan sonra da yenə ağıllanmayıblar. Hələ də Kəlbəcər və Laçını, Qubadlı və Zəngilanı, Şuşa və Xankəndini, Füzuli və Cəbrayılı, Ağdam və Ağdərəni "qədim erməni torpağı" adlandırır, min illərlə bu torpaqlarda yaşadıqlarını iddia edirlər.
Ermənilərdən başqa münasibət gözləmək də absurddur. Çünki, başqa tarixləri yoxdur ki, oxusunlar, kim olduqlarını bilsinlər. Heç olmasa ətraflarına baxsınlar, şimalda - Borçalıda Azərbaycan türkləri, cənubda - Cənubi Azərbaycanda türklər-azərbaycanlılar, şərqdə Azərbaycan, qərbdə Türkiyə. Bəs necə oldu ki, türk torpağında, milyonlarla türkün-azərbaycanlının ortasında ermənilər peyda oldular, həm də "min illər bundan əvvəl". Yuxarıda bir xəritə göstərdik, Rusiya mənbələrindən, Rusiya arxivlərindən əldə edilmiş xəritə. Müəllifi də Rusiyadır, erməniləri bizim başımıza bəla edən Rusiya. Bəs həmin xəritələrdə niyə "min illərdir bu ərazidə yaşayan" ermənilərin izi-tozu yoxdur? Bəlkə Azərbaycan tərəfinin tələbi burada da keçərli olub. Onda nə durmusunuz, gedin dədəniz Rusiyanın yanına, qoy, həmin arxivləri, xəritələri sizə də göstərsinlər. Amma yox, bunu siz istəməzsiniz, çünki, hələ də xəyallarınızda yaratdığınız "böyük Ermənistan"ın xülyası ilə yaşayırsınız. Birdən, gerçək həyata qayıtsanız, bu, sizin fəlakətiniz olar.

44 günlük savaşdan sonra Azərbaycan işğaldan azad etdiyi torpaqlara daxil oldu. Sanki bu torpaqlardan ya milyonlarla vəhşi donuz sürüsü keçmişdi, bir ev, bir tikili salamat deyildi. İlk baxışdan bu ərazilərə atom bompası atıldığını güman etmək olardı. Kəndlər xarabazara çevrilmiş, qəbirlər dağıdılmış, daş-daş üstə qalmamışdır. Bu, nə deməkdir? Dünyadan gəlmiş-keçmiş heç bir barbar, vəhşi xalq bu əməli törətməzdi, ermənilər törədib. Görünür, ermənilərin ağlı, düşüncəsi, tərbiyyəsi insan övladınınkından o qədər çox aşağıdır ki, əldə etdiyi yaşayış məskənlərini dağıdır, yararsız hala salır. Yəni, bunun başqa izahı yoxdur. Azərbaycan isə öz halal torpaqlarını erməni işğalından azad etdi və mümkün qədər evlərə, təbiət və mədəni abidələrə ziyan vurmadı. İlk öncə ermənilərin yararsız hala saldığı infrastruktur yenidən quruldu, su, işıq və qaz xətləri yenisi ilə əvəz olundu. Ötən bir il ərzində Azərbaycan dövləti ermənilərin yüz ildə etdiyinin beş misli qədərini etdi, yollar yeniləndi, dəmiryolu xətləri çəkildi. Artıq yeni kənd və qəsəbələr salınır. Bu ilin may ayından sonra məcburi köçkünlərin doğma yurd yerlərinə dönəcəyi gözlənilir.
Ermənilər, daha doğrusu revanşist, şovonist ruhlu "hay"lar hələ də müharibə, işğal eyforiyasındadırlar. İnsafən, aralarında fərqli düşünənlər də var. Erməni sosial şəbəkə istifadəçisi Ruben Vardazaryan kimi. O, Ağdam və ətraf rayonların məhv edilməsi haqqında özünün facebook səhifəsində yazıb. Ermənilərin Azərbaycan torpaqlarında vandallıq etdiyini etiraf edən sosial media istifadəçisi yazır:
"Hörmətli oxucular, əminəm ki, uşaqlıqdan bu regionda yaşayan ermənilərin köçəri barbar-vampirlərdən fərqli olaraq yeganə sivil, avropalı, humanist xalq olduğunu eşitmisiz. Səhv etmirəmsə, doğulandan bir neçə gün sonra sözün əsl mənasında bu tezisi bizim beynimizə yerləşdirirlər. İndi sual verirəm, niyə 30 ildir Ağdam yoxdur? Türklərin Ağdam şəhəri niyə boşalıb, səhraya çevrilib? Yer planetində Ağdam şəhəri mövcud deyil. Niyə?
Məsələn, mən birinci dəfə Ağdamı, sonra Zəngilanı, Cəbrayılı və digər kiçik Azərbaycan kəndlərini görəndə özüm-özümə sual verdim: bu ərazilərdə necə savaş gedib ki, bir ev, bir qapı, bir pəncərə də salamat qalmayıb? Ağdam və Zəngilan istiqamətində bizimkilər hidrogen bombasından istifadə ediblər? Hidrogen bombası nədir, 90 faiz hallarda heç tanklar da girməyib. Maksimum 2 həftə Qrad qurğusundan raket atəşinə tutulub. Bəs o zaman Ağdam, Cəbrayıl və digər rayonları nə məhv edib?
Yadımdadır, uşaq vaxtı "Spartak uşaqlarla öz KamAz-ı ilə talana getdi”, "Yurik talandan filan-filan şeyləri gətirdi”, "Yurikin qardaşı bunu talandan gətirib”, "Talan vaxtı Serob minaya düşdü” tipli cümlələr eşidirdim. Mənim beynim Ağdamda bir divarın, görüntü üçün bir evin qalmasına, müsəlmanların müqəddəs məbədlərində donuz saxlanılmasına, azərbaycanlıların qəbirlərini qazıb qızıl dişlərinin çıxarılmasına icazə verilməsini başa düşə bilmirəm. Bu necə ola bilər?
Hörmətli oxucu, xahiş edirəm, Yutuba girin və azərbaycanlıların bu gün yaşayış məntəqələrindəki (Qarabağdakı. – red.) dağıntıları göstərdikləri xarici jurnalistlərin tutqun simalarına baxın. Jurnalistlər söz tapa bilmirlər. Onlardan fərqli olaraq mənim sözüm, daha doğrusu, sualım var. Bu barbarlığa kim icazə verib? Bu şəhərlər, abidələr, müqəddəs yerlər, adi binalar kimə nə edib axı? Siz niyə bunları bünövrəsinə qədər məhv etmisiz və ya məhv etməyə icazə vermisiz? Siz hələ monqol-tatarlardan danışırsız? Biz indi dünyaya nə deyəcəyik?
Azərbaycanın dörddə bir hissəsini tornado dağıdıb? Siz elə düşünürsüz ki, bütün dünya səfehlər yığınıdır və təkcə siz - cənab talançı və vandallar hiyləgərsiniz? İndi gedin baxın, görün İlham Əliyev nələr edir. Kazançetsosu təmir etdirir. Bilirəm, deyəcəksiniz ki, bu görüntü üçündür, filan-filan. Siz də görüntü üçün təmir etdirərdiniz. Ya da, daha dəqiq, dağıtmazdınız, olduğu kimi saxlayardınız. Yaxşı, texnikanı, mebeli, əşyaları götürərdiniz. Divarları, tavanı, trubaları, səkiləri, heç olmasa məktəb və bağçaların binalarını saxlayardınız. Başa düşdük, talandır. Amma belə də yox da.
Hörmətli feysbuk erməniləri, siyasi baxışlarınızdan asılı olmayaraq, etiraf edin ki, gecə-gündüz barbarlardan şikayət edən sivil xalq 21-ci əsrdə müdafiəsiz şəhər və kəndləri dağıdıb talan etmir. Ağdamı azərbaycanlılar hər gün birbaşa efirdə göstərirlər. Əgər azərilərə inanmırsınızsa, orada xidmət edən qohum və ya tanışlarınızdan soruşun. İndi deyəcəksiniz ki, orada daş yox idi, bizimkilər evlərin daşını söküb səngərlərimizi möhkəmlədirdilər. Hə, gördük necə möhkəmləndiriblər.
Həm də necə yəni daş yox idi? Sizin fikrinizcə, rəqibin yaşayış məntəqələrini məhv etməyi tikinti materiallarının olmaması ilə əlaqələndirmək olar? İndi onlar Şuşa ətrafındakı blindajları Kazançetsosun xaçkarları ilə möhkəmləndirsələr, xətrinizə dəyməyəcək? Beynəlxalq cəmiyyətə car çəkib bu gəlmə vampirləri vandalizm və barbarlıqda ittiham etməyəcəksiniz? Edəcəksiniz və bu haqlı işdir. Bəs o zaman niyə eyni şeyi siz etdiniz?
Əzizlərim, Çernobıla çevrilən bu 7 rayonda heç bir bina qalmayıb. Başa düşürsüz? İki dağılmış və talan edilmiş məscid var və orada da donuz və inək saxlayıblar".

Əlimizdə çox böyük şans var, erməniləri diz çökdürmək üçün. 30 il Qarabağı xaraba qoyublar, 4 minə yaxın vətəndaşımızın taleyindən hələ də xəbərsizik. Ermənilərin onları qul kimi öz təsərrüfatlarında işlətdikləri, sonra isə bu zülmə dözməyərək öldükləri haqda çoxsaylı faktlar var. Ədalətin tərəzisi şaşıb, Qərb susur, barı siz susmayın. Hər gün ermənilərin barbarlığından yazın, üstünə bir yalan da qoymadan yazın. Bu qədər faktın içində yalan nəyə lazım, faktlar kifayət qədərdir. Uzağa getməyək, dağıdılan evlərin, ocağı sönmüş yüzlərlə yurd yerlərimizin, məhv edilmiş dini və mədəni abidələrimizin acı taleyindən yazın. Bu qədər cinayət törətmiş ermənilər haqlı kimi çıxış edirlər, özlərini işğala məruz qalmış məzlum xalq kimi təqdim edirlər. Tanış metodlardır, tanış oyunlardır. Bir az zəhmətə qatlansaq Ermənistanı qondarma, saxta ata-anadan doğulduğuna peşman edərik. Bizim buna haqqımız da çatır, hüquq da bizim tərəfimizdədir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB