Araikə türk atalar sözü: Gün doğmadan neler doğar be abi! TƏRS BAXIŞ+AKTUAL

Rusiyanın müvəqqəti nəzarəti altında qalan Qarabağdakı separatçı rejim rəhbərliyinin quldurbaşısı Arutyunyan Araik və ətrafı son vaxtlar yenidən fəallaşaraq özlərinin həyasız bəyanatları ilə suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı dil uzatmağa başlayıblar. Üstəlik, Laçın dəhlizindəki Rusiya sülhməramlılarının özbaşınalıqları səbəbindən ard-arda fransız, rus və s. ermənipərəst şovinisltlərinin Xankəndiyə etdikləri qanunsuz səfərləri, görünür, separatçı quldurbaşıları əməlli-başlı həvəsləndirməyə başlayıb.

Amma onlar unutmamalıdırlar ki, bu qanunsuz səfərlərin hər birinin bədəli var və Azərbaycan belə şəxsləri qara siyahılara salmaqla kifayətlənməyəcək. Bunun əsas cavabını cinayətkar rejim başçıları verməli olacaqlar. Vaxtilə "dqr"lərinin "əbədi" olacağına ümid edənlər indi bir qarış dəlmə-deşikdə var-gəl edirlər!

Artıq ölkəmizin siyasi-ictimai kuluarlarında Laçın dəhlizinin girişində Azərbaycan postlarının qurulması və separatçıların dalana sıxışdırılması prosesinin hər an başlaya biləcəyi barədə fikirlər səslənməyə başlayıb. Qısacası, bu gün Ermənistan rəhbərliyinin də Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını dolayı yollarla bəyan etməsi Arutyunyan Araiki yavaş-yavaş düşünməyə, nəticələr hasil etməyə, xüsusilə 44 günlük müharibə vaxtı “Gəncə şəhərinə raketi mən atdırmışam” kimi fikri üzərində qurcalanmağa məcbur edir. Onun qaçacaq yeri də olmayacaq və hədəfdə olduğunu da yaxşı qanır, dərk edir.

Amma mövzum başqadır. 44 günlük müharibənin 43-cü günündə Arutyunyan Araikin “artsax xalqına müraciətini” xatırlatmaq istərdim. Beləliklə, həmin “müraciəti” olduğu kimi təqdim edirəm: “43 günlük döyüşlər nəticəsində biz Füzuli rayonunu, Cəbrayıl rayonunu, Qubatlı, Zəngilan, Hadrut rayonlarını itirmişik, nə isə Martuni (Xocavənd-R.) rayonundan, nə isə Əsgəran rayonundan və ən əsası da Şuşadan. Döyüşlər Stepanakertin (Xankəndinin-R.) 2-3 km-lik ətrafında baş verirdi. Əgər biz eyni tempdə davam edərsək, bütün “Artsaxı” (Qarabağı-R.) sayılacaq günlər ərzində itirəcəyik, bizim qurbanlarımız daha çox olacaq, ona görə ki, hərbi əməliyyatların cəbhə xəttindən o tərəfə keçirməyimiz əvəzedilməz nəticələrə səbəb olacaq, xüsusilə 43 gün “qəhrəmancasına” (dırnaqlar bizimdir-R.) döyüşən çağırışçılarımız baxımından. Əgər düşmən gücləri Stepanakertə (Xankəndiyə-R.) daxil olsaydılar Əsgəranda və Martunidə (Xocavənd-R.) dayanan əsgərlərin vəziyyəti dəhşətli olardı”.

Bu fikirləri Arutyunyan 10.11.2020-ci ildə Arminfo-nun jurnalistlərinə boş qalmış Xankəndidə vermişdi.

Məhz bu günlərdə yenidən rusların çiyinləri arxasından xoruzlanan Arutyunyan Araikə xatırlatmaq lazımdır ki, çox da banlamasın və sülhməramlılara da çox güvənməsin. Bilmək olmaz nə baş verəcək. Türklərin yaxşı bir atalar məsəli var, deyir "Gün doğmadan neler doğar be abi!"

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə