Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yerli jurnalistlərin Azərbaycanın mədəniyyət paytaxtı və qədim şəhəri Şuşaya səfəri baş tutub. SİA xəbər verir ki, jurnalistlər Şuşada tarixi-mədəni abidələrlə, erməni təcavüzünə məruz qalmış məscidlərlə və şəhərin görkəmli yerləri ilə tanış olublar. Media nümayəndələri Cıdır düzünə, Yuxarı Gövhərağa məscidinə, “Bazarbaşı” meydanına, Vaqifin məqbərəsinə və digər mühüm yerlərə baş çəkiblər.
SİA olaraq bu gün Şuşaya səfər edən media nümayəndələrinin təəsüratlarını öyrənməyə çalışıb:
.jpg)
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Şuşaya ilk dəfə səfər edir: “Şuşanın, Qarabağın möhtəşəmliyini və Azərbaycan üçün nə qədər qiymətli olduğunu Şuşaya ayaq basanda bir daha anladım. Hislərimiz və duyğularımız qarışıqdır. Şuşa artıq bizimdir. Bu çox qürurverici bir hissdir. Digər tərəfdən isə bu torpaqların hər qarışı üçün Azərbaycanın qəhrəman əsgərlərinin qanı töküldüyünü düşünəndə kədərlənirik. Amma çox sevinirik. Burada çox sürətli işlər gedir. Hər yerdə quruculuq işləri aparılır. Allah dövlətimizə, cənab Prezidentimizə qüvvət, qüdrət versin. Bu möhtəşəm qələbəni, hissləri bizə yaşatdığına görə cənab Prezidentə təşəkkür edirəm”.
.jpg)
“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdiyevin sözlərinə görə, Şuşa təkcə Qarabağın yox, bütövlükdə Azərbaycanın döyünən ürəyi, mədəniyyət mərkəzidir: “Şuşada olmaq hər bir azərbaycanlının arzusudur. Hazırda mən Cıdır düzündəyəm. Qarabağ döyüşlərində iştirak edib, şəhid olan bütün əsgərlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə Allahdan şəfa diləyirəm. Şuşa Qarabağın açarıdır. Bu gün Qarabağın açarı bizdədir”.

Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində olmağının böyük qürur və sevinc hissi yaşadığını deyən “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı bildirib ki, belə bir möhtəşəm şəhərə ermənilərin törətdikləri vandallıqları, vəhşilikləri görüb olduqca qəzəb və nifrət hissi içərisindəyik: “Bir tərəfdən də bizi 30 il bu müqəddəs torpaqlardan uzaq salan, bu torpaqları işğal altında saxlayan düşmənə nifrət hissimiz baş qaldırıb. Əlbəttə ki, artıq Şuşa şəhəri azaddır. Bu şəhərin azad olunması Azərbaycan əsgərlərinin böyük qəhrəmanlığı sayəsindş baş tutub. Azərbaycan Ordusunun dünya hərb tarixinə düşəcək. Şuşada olmaq qürurverici hissdir. Bu bizim üçün möhtəşəm bir hissdir. Bu hissi bizə yaşatdığı üçün möhtərəm cənab Prezident başda olmaqla, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq”.

“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı bildirib ki, Şuşa öz aristokratlığını, zadəganlığını qorumuş bir şəhərdir: “Baxmayaraq ki, işğal altında qaldığı müddətdə düşmən tərəfindən amansız dağıntılara məruz qalıb. Burada təbii ki, quruculuq işləri aparılır. Əminəm ki, yaxın zamanlarda Şuşa öz tarixi əzəmətini bir daha bərpa edəcək. Buna görə də bir daha Şuşanı azad edən qəhrəman Azərbaycan Ordusuna, Ali Baş Komandana təşəkkür edirəm”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB