Qalib Lider sözünü ünvanlı və qətiyyətlə deyir - TƏHLİL

Qalib Lider sözünü ünvanlı və qətiyyətlə deyir - TƏHLİL

Beynəlxalq güclər zaman-zaman Qarabağ münaqişəsinin həllini Ermənistanın xeyrinə həll etməyə çalışırdılar. Bu, təkzib edilməsi mümkün olmayan bir faktdır və bunun bədəlini beynəlxalq güclər deyil, son nəticədə Ermənistanın özü ödəməli oldu. Ermənilər anlamaq istəmədilər ki, gec-tez bu münaqişə aktiv fazaya keçəcək və böyük faciə ilə nəticələnəcək. Bu, əlbəttə, ilk növbədə, Ermənistandakı siyasət adamlarını düşündürməli idi ki, yaxın qonşunun torpaqlarını işğal etmək və bu əraziləri mənimsəmək planları yaxşı heç nə vəd etmir. Bütün 30 illik işğal dövründə Ermənistan anlamaq istəmədi ki, onun mühüm vəzifələrindən biri özünün başqalarının əlində olan müstəqilliyini geri alıb, işğalçılıq siyasətindən əl çəkmək və qonşularla dinc yanaşı yaşamaqdır.

Bu gün Azərbaycan dövlətinin diplomatik "Dəmir yumruq" siyasəti nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 il həsarətdə saxlayan, "Böyük Ermənistan" xülyasına, "24 aprel" stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu Azarbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbsidir, bu Ali Baş Komandanın, Azərbaycan Prezidentinin “Dəmir yumruq” siyasətinin qələbəsi, xalq-iqtidar-ordu birliyinin həqiqətidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidenti, Ali Baş Klmandan İlham Əliyev cənablarının dediyi kimi: “Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir, Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız”.

Bax, budur, həqiqət! Ancaq son hadisələr göstərir ki, hətta müharibədə rüsvayçı məğlubiyyətindən sonra belə bu ölkə yenə də müstəqil siyasi qərarlar qəbul etmək imkanlarından çox uzaqdır. Və bu gün Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur. Çünki bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir və o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret müddət göstərilməsə, bu vaxtı Azərbaycan müəyyən edəcək və həmin şərtlərə əməl etməsə bu ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, «Dəmir Yumruğun» növbəti zərbəsi ilə qarşılaşacaqlar. Bir sözlə, Paşinyan və Ermənistan yeni reallıqları qəbul etməli, həmin reallıqlarla barışmalıdır. Çünki Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq! Hər kəs həqiqəti bilməli və görməlidir. Dövlət başçısının dediyi kimi: "Kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, cavabını alacaq, necə ki, bu günə qədər Azərbaycan Prezidenti bütün görüşlərində, verdiyi müsahibələrində, tarixi səfərlərində sözünü qətiyyətlə deyərək bildirib ki, heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Dövlət başçımızın dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxışı zamanı bir daha Ermənistana növəti mesajını verdi: “Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır”.

Dövlətimizin başçısı onu da söylədi ki, biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın: «Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi".

Görüş zamanı Qalib Liderimiz Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordu, Azərbaycan Ordusunun isə müzəffər ordu olduğunu bildirdi. Və çıxışında hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli istiqamətində görülən tədbirlərdən danışaraq vurğuladı ki, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Bir sözlə, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmləndi, ölkəmiz dünyada söz və nüfuz sahibinə çevrildi. Bu gün Azərbaycan bütün dünyaya güclü dövlət və güclü ordusunun olduğunu nümayiş etdirir. Dövlət başçımızın söylədiyi kimi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır. Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib ki, keçmiş DQMV-nin rayonu olan Hadrutda bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur: "44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur".

Dövlət başçısı Hadruta səfəri zamanı hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində olduğunu da deyib: “Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”.

Bu gün bu qələbənin birinci qəhrəmanı olan torpaqlarımızın azad olunmasını bizə qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı var və bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Dövlət başçımız bunu son 18 illik Prezidentlik fəaliyyəti müddədtində aydın şəkildə göstərib: "Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam",- deyən Azərbaycan Prezidenti, hər kəsin, o cümlədən şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini son 18 ildə göstərib və bundan sonra da göstərəcəyinə Azərbaycan xalqı inanır və şahidlik edir.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə