Paşinyanın həqiqəti, Araik-David cütlüyünün hürüşləri SİYASİ RAKURS+AKTUAL

Vəziyyət nəzarətdən çıxmaq təhlükəsi ilə üzləşərsə, güc yolundan istifadə etməkdən başqa çarə qalmır…

Məlum olduğu kimi, Ermənistanın baş naziri dekabrın 24-də onlayn rejimdə mətbuat konfransı zamanı deyib ki, Qarabağın son “statusunun” dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb. Daha dəqiq desək, Paşinyan deyib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əvvəlinci gündən erməni tərəfinin "xeyrinə" getməyib və Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdükləri təkliflər erməni tərəfi üçün "faciəvi" olub. Yəni belə nəticə hasil etmək mümkündür ki, erməni hökumətnin başçısı beynəlxalq hüququn Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və orada yaşayan ermənilərin də müqəddəratlarının məhz Azərbaycan qanunları əsasında müəyyən olunması gərəkliyini ifadə edib.

Qarabağdakı separatçı-quldur rejimi özünə “sığışmır” və vəziyyətin gərginləşməsi yönündə fəaliyyətini davam etdirir

Lakin Paşinyanın sözügedən çıxışından sonra Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyan bəyan edib ki, “artsax” haqqında qərarları yalnız Qarabağ erməniləri verə bilərlər və nəinki bu ərazilər, eləcə də Azərbaycanın 44 günlük müharibə zamanı işğaldan azad etdiyi ərazilər geri qaytarılmalı, üstəlik, “stepanakertin müstəqilliyi” dünya dövlətləri tərəfindən tanınmalıdır. Beləliklə, hətta Ermənistan hakimiyyətinin zaman-zaman müsbət xarakterli bəyanatlarına rəğmən, Qarabağdakı separatçı-quldur rejimi necə deyərlər, özünə “sığışmır” və vəziyyətin gərginləşməsi yönündə fəaliyyətini davam etdirir. Bu kimi faktlar isə söz yox ki, Bakının qeyd dəftərinə yazılır, bütövlükdə isə artıq bu cür qənaətə gəlmək olar: Vəziyyət nəzarətdən çıxmaq təhlükəsi ilə üzləşərsə, güc yolundan istifadə etməkdən başqa çarə qalmır…

Gəlin bir daha bu məsələlər ətrafında yalnız separatçı-quldur rejim rəhbərliyinin deyil, eyni zamanda, digər erməni daşnak ünsürlərinin də ərazi bütövlüyümüzə qarşı səsləndirdikləri açıqlamalarına diqqət yetirək və Xankəndinin antiterror əməliyyatları vasitəsi ilə Bakının tam nəzarətinə götürülməsi zərurətinin vacibliyini araşdıraq.

Belə fikirlərin onlar üçün nə qədər təhlükə yaradacağının fərqinə varmırlar

“Qlobal siyasi çaxnaşmalar şəraitində Ermənistan öz sərhədlərinin təhlükəsizliyi barədə qayğılanmalıdır”. SİA xəbər verir ki, bu fikirləri erməni siyasətçisi, Ermənistanın“Billi Birlik” partiyasının sədri Artaşes Geqamyan deyib. Onun sözlərinə görə, Ermənistan ilk növbədə Rusiya və Belarus ittifaqına qoşulmalıdır və Qarabağın təhlükəsizliyi barədə danışarkən erməni siyasətçisi sərsəmcəsinə bildirib ki, tanınmayan respublikanın, yəni Xankəndinin Rusiya Federasiyasının tərkibinə daxil olması prosesi başladılmalıdır və s.

Bəli, gördüyünüz kimi, 44 günlük ağır məğlubiyyət və rüsvayçı əzilmə faktı məhz Rusiyanın arxasında gizlənərək bənzər tipli bəyanatlar, yaxud “ideyalar” səsləndirirlər və belə fikirlərin onlar üçün nə qədər təhlükə yaradacağının fərqinə varmırlar. Yəni bu, açıq-aşkar erməni axmaqlığıdır və heç bir azərbaycanlı hətta ölkəsi ən çətin vəziyyətə düşərsə belə heç vaxt dövlətinin başqa dövlətlə birləşməsi haqqında düşünə bilməz, ümumiyyətlə, bu absurd düşüncələr yan keçə bilməz! Bu gün azərbaycanlıları ermənilərdən kardinal fərqi də məhz bundadır. Bir daha sübut olunur ki, reallıqda ermənilər üçün suverenlik və müstəqillik faktoru boş qazan danqıltısıdır. Daha doğru vurğulasaq, isterik fahişəlik mövcudluğu – bu kimi ermənilərin tarixi cizgiləridir.

David Babayan nəyi düzgün proqnozlaşdırıb?

İndi isə gəlin son dövrlərini yaşayan qondarma “artsaxın” saxta “xarici işlər naziri” David Babayanın fikirlərinə nəzər salaq. Yəni Ermənistanın baş naziri Nikol Paşinyanın yuxarıda qeyd edilən bəyanatından sonra görək o hansı sözlərini sərsəmləyib? “Artsax” respublikasının (“dqr”) sakinləri öz gələcəklərinə olan münasibətlərini əsla dəyişməyiblər”, deyə sərsəmləyən Babayan bildirib ki, separatçılar heç vaxt Azərbaycanın tərkibində olmayacaqlar və s.

Babayanın isə ifadələrində yalnız bir həqiqət var və o, əslində hadisələri düzgün proqnozlaşdırıb – bəli, separatçılar heç vaxt Azərbaycanın tərkibində olmayacaqlar, onların yeri ya həbsxanalarımız, ya da məzarlıqlar olacaq. Çünki Azərbaycanın bundan sonra illərlə nəyi isə gözləməyə nə həvəsi, nə səbri, nə də marağı var, düşmən başını əzən dəmir yumruq isə artıq havadadır və öz eniş trayektoriyasını çoxdan müəyyən edib!

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, bugünlərdə Hadrutda Müzəffər Ali Baş Komandanımızın açılışında iştirak etdiyi yeni komando mərkəzinin fəaliyyətinin hansı istiqamətdə olduğunu da müəyyən etmək çətinlik yaratmır...

Bütün xəbərlər Facebook səhifəmizdə