Sosial islahatlar paketi vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərdir

Sosial islahatlar paketi vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərdir

Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb. Prezidentin yeni Fərman və Sərəncamları əhalinin, xüsusilə həssas qrupların gəlirlərinin artımını təmin edir: “Hələ davam edən pandemiya, habelə post müharibə dövrü olmasına baxmayaraq, ölkəmizdə sosial islahatlar uğurla davam edir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan son illərdə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Ötən 18 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, respublikamız sürətlə inkişaf edib, bütün sahələrdə parlaq nailiyyətlər qazanıb. İqtisadi müstəqilliyimizdən əldə edilmiş güc siyasi müstəqilliyimizi də təmin etmişdir. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər Qələbəmizdən sonra da Azərbaycan xalqı yenidən cənab İlham Əliyevin ətrafında həmrəyliyini davam etdirərək bir daha sabitliyə, inkişafa və tərəqqiyə səs vermiş oldu. Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bu gün, sözün əsl mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. Azərbaycanda qazlaşma 95 %-ə çatmış, bölgələrin, hətta ucqar dağ kəndlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmuş, bütün ölkə boyu yol infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılmışdır. Bu inkişafın arxasında ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dayandığının qeyd etmək lazımdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilmiş daxili siyasət kursunun dayanıqlı inkişafının göstəricisidir.

Davamlı xarakter daşıyan sosial islahatlar əhalinin bütün təbəqələrini əhatə etmişdir.Xüsusilə, əhalinin həssas qrupu olan əlillər, sağlamlıq imkanları məhdud olan uşaqlar ilə yanaşı onlara qulluq edənlərin də müavinətlərinin artırılması bir daha bunu sübut edir. Azərbaycan dövləti hər zaman öz vətəndaşının arxasındadır. Dünyanın heç bir ölkəsində döyüşlərdə həlak olmuş insanların ailələrinə və yaralananlara Azərbaycanda olduğu qədər diqqət və qayğı göstərilmir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin uğurla davam etdirilməsi gənclərin təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət göstərir. Təhsil Azərbaycan dövləti üçün pirioritetdir. Millətin gələcəyinin təhsildə olduğunu ehtiva edən dövlət strategiyası müasir zamanla ayaqlaşmanın labüdlüyünü əks etdirən Təhsilin inkişafının yeni dövlət strategiyasını ortaya qoydu.

Həyata keçirilən sosial islahatlar ölkə qarşısında duran strateji vəzifənin sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən biridir.

Loğman Müslümov

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini (dini qurumlarla işin təşkilatçısı)

Bütün xəbərlər Facebook səhifəmizdə