YAP Qazax rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirib FOTOLAR

YAP Qazax rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirib FOTOLAR

YAP Qazax rayon təşkilatı 23 dekabr 2021-ci il tarixdə Qazax Gənclər Evinin akt zalında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Ümumilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri YAP Qazax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov açıb və məruzə ilə çıxış edib. H.Pənahov Prezident İlham Əliyevin rəhbərliyi ilə 18 ildə ölkəmizdə gördülən işlərdən, qazanılan uğurlardan ətraflı danışıb. Bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyası möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə köklü dəyişikliklər baş verib, xalqın rifah halı xeyli yaxşılaşıb. 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycanın dünyadakı rolu yüksəlib. Daxili və xarici siyasət kursumuzda möhtəşəm uğurlara imza atılıb. Geniş abadlıq və quruculuq işləri aparılıb. Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olunub. Milli sahibkarlıq formalaşıb və inkişaf edib, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halı yüksəldilib.

Tədbirdə Qazax rayon icra hakimiyyətinin başçısının I müavini Məmməd Alıyev Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona bölməsinin sədri Barat Alıyev, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə 18 ildə ölkəmizin qazandığı uğurlardan, 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbədən, həyata keçirilən məqsədyönlü islahatlardan danışıblar.

Tədbiri YAP Qazax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov yekunlaşdırdı.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə