“Regionda Rusiyadan daha çox Türkiyənin nüfuzu önə çıxmaqdadır” - AÇIQLAMA

“Regionda Rusiyadan daha çox Türkiyənin nüfuzu önə çıxmaqdadır” - AÇIQLAMA

“Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun 3+3 formatlı növbəti görüşünün Türkiyədə keçiriləcəyini açıqlaması və bu görüşdə yəqin ki, Gürcüstanında iştirak edəcəyini bildirməsi gözlənilən açıqlamadır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, bu, bir daha onu göstərir ki, regionda Rusiyadan daha çox Türkiyənin nüfuzu önə çıxmaqdadır: “Nəzərdə tutulan növbəti görüşdə gələcək fəaliyyətlər üçün müəyyən bir yol xəritəsinin hazırlanması istisna deyil. Bir sözlə hər bir halda belə görüşlərin keçirilməsi regionda sülhün və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət daşıyır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə