Amerikalı xristian alim erməni yalanlarını ifşa edən kitab nəşr edib FAKT+TƏHLİL

Amerikalı xristian alim erməni yalanlarını ifşa edən kitab nəşr edib FAKT+TƏHLİL

Kitabın üz qabığındakı qeyd diqqət çəkir: “Bu kitabı Amerikanın hər xrtistianının və vergi ödəyicisinin oxuması vacibdir!”

ABŞ-da “Ermənistan: “xristian” terror dövlətinin sirləri” kitabı nəşr olunub. Kitabın müəllifi, amerikalı xrsitian-alim SamueL Viims ABŞ-problemlərini ermənilərlə əlaqələndirib. Nəyə görə müsəlman dünyası Amerikanı sevmir? Müsəlmanlarla Birləşmiş Ştatlar arasındakı antaqonizmin təməlində nə dayanır? Bu kimi suallara cavab axtarkən, Arkanzas ştatından olan hüquqşünas, keçmiş hakim və imanlı xrsitian Samuel Viims bir sıra maraqlı məqamları aşkarlayıb, analitik fikirlərini önə sürüb. Onun fikrincə, balaca ölkə olan Ermənistan bütün dünyaya səpələnmiş ermənilərdən istifadə edərək uzun illər boyu xristian dünyasını islama və müsəlmanlara qarşı qaldırmaq üçün bütün gücünü səfərbər edib. Belə ki, London, Paris, Roma, Moskva, İstambul və Vaşinqton kimi şəhərlərin arxivlərində araşdırmalar apararaq çoxsaylı nəticələrə gələn Samuel Viims eyni zamanda adıçəkilən Texasın St. John Press nəşriyyatında çıxan kitabında sensasiyalı fikirlərini də dərc edib.

Bu balaca banda bizim qanunverici orqanlarımızı Türkiyəni sözdə 1915-ci il soyqırımına görə ittiham edən mənasız qətnamələrin çıxarılmalarına məcbur edir...

400 səhifəyə yaxın sənədlərə və tarixi şahidliklərə əsaslanan faktlar da məhz bu kitabda yer alıb. Müəllif xüsusilə qeyd edir: “Həqiqətən də faciəvidir ki, bu gün Birləşmiş Ştatlarda erməni mənşəli amerikalılardan ibarət kiçik qrup fəaliyyət göstərir və onlar Türkiyəyə qarşı nifrət kampaniyasını aparırlar – bir ölkəyə qarşı ki, həmin ölkə bizim çoxdankı və etibarlı müttəfiqimizdir. Bu balaca banda bizim qanunverici orqanlarımızı Türkiyəni sözdə 1915-ci il soyqırımına görə ittiham edən mənasız qətnamələrin çıxarılmalarına məcbur edir... Mənim tərəfimdən faktlar aşkarlanıb və həmin faktlar sübut edir ki, erməni mənşəli amerikalılar özləri tərəfindən qətliamlar və soyqırımlarla bağlı yalançı tarixlər uydururlar ki, həm türklərdən, həm də amerikalı xristianlardan bunun müqabilində iri məbləğlərdə pul vəsaitləri əldə etsinlər və özlərinin 150 yaşlı “qədim” vətənlərini mükafatlandırsınlar. Mən amerikalı həmvətənlərimə müraciət edirəm ki, bu suala cavab versinlər: siz kimə inanırsınız – ermənilərin sağ-salamat şəkildə Osmanlı imperiyasını tərk etdiklərinə şahid olan amerikalı şahidlərə, yoxsa birağızdan 1,5 milyon soydaşlarının Osmanlı hökuməti tərəfindən qətlə yetirilməsini deyən ermənilərə? Bu kitab tarixi şahidliklərə, o cümlədən erməni mənbələrindən götürülənlərə əsaslanır. Amerikalı xrsitianlar özləri nəticə hasil etməlidirlər: kim həqiqəti deyir və kim yalan əfsanələri düzüb-qoşmaqla onları şəxsi eqositlik maraqlarına görə yayır”.

“Hitlerin cinahında vuruşanlar bugünkü Ermənistanda necə qəbul edilirlər”

Samuel Viimsin kitabından hazırkı dövrə qədər ABŞ-da olduğu kimi, Rusiyada da çoxları üçün naməlum olan çox şey haqqında öyrənmək olar. Misal üçün: “ermənilər həqiqi olaraq necə xrsitianlardırlar”, “ermənilərin Türkiyəyə qarşı iddialarında əsassızlıqlar və yalanlar”, “terrorçuluq siyasətini həyata keçirmək üçün öz kilsələrindən necə istifadə edirlər”, “ermənilər Qarabağdakı müsəlman əhaliyə qarşı soyqırımıı siyasəti keçiriblər”, “Hitlerin cinahında vuruşanlar bugünkü Ermənistanda necə qəbul edilirlər”, “erməni dövlətçiliyinin total korrupsiyalaşması”, eləcə də “ABŞ-ın erməni lobbisi Vaşinqtonla Bakı arasındakı dostluq münasibətlərini pozmaq üçün hansı cəhdləri həyata keçirməyə çalışırlar” və “pulla işləyən erməni agentləri Birləşmiş Ştatlarda necə ictimai fikir formalaşdırırlar”.

Və kitabın üz qabığındakı qeyd diqqət çəkir: “Bu kitabı Amerikanın hər xrtistianının və vergi ödəyicisinin oxuması vacibdir!”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə