Bəyannamədə Azərbaycan üçün əhəmiyyətli qərarlar qəbul olundu - MÜNASİBƏT BİLDİRİLDİ
"Brüsseldə Şərq Tərəfdaşlığının 6-cı zirvə toplantısı keçirildi və bu tədbirin yekun birgə bəyannaməsi qəbul edildi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, bu bəyannamədə Azərbaycan üçün əhəmiyyətli qərarlar qəbul olundu: "Avropa İttifaqı bütün tərəfdaş ölkələrin, o cümlədən də Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bir daha dəstəklədiyini vurğuladı. Həmçinin Azərbaycanın Avropa enerji təhlükəsizliyində Cənub-Qaz Dəhlizi lahiyəsinin yekunlaşdırılması ilə bağlı gördüyü işləri alqışlayaraq, Şərq Tərəftaşlığını müsbət qiymətləndirdi.
Bildiyiniz kimi Şərq Tərəfdaşlıq Proqramı yalnız tərəfdaş olduğu ölkələrin Avropa İttifaqı ilə münasibətlərini deyil, eyni zamanda həmin ölkələrin özləri arasındakı münasibətlərin də inkişafına xidmət etməlidir. Eyni zamanda Şərq Tərəfdaşlıq Proqramı tərəfdaş olduğu ölkələrin 3-cü ölkələrlə bu proqramdan kənarda qurduğu münasibətlərə xələl gətirməyəcək bir səviyyədə siyasət yürütməlidir. Məhz bu səbəbdən bəyannamədə Belarusiya ilə bağlı əks olunan fikirlərin Azərbaycanın xarici siyasətinin prinsiplərinə uyğun olmadığına görə bəyənnamənin 11-ci bəndindəki mövqeyini bölüşmədi, qeyri-şərt ilə bəyənaməni qəbul etdi. Digər qeyri-şərti qəbul etdiyi bəndlərdən biri də, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verilməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan və Belarusiya arasında hər zaman olduğu kimi dostluq münasibətləri hökm sürür. Azərbaycan öz xarici siyasətinə uyğun olaraq dəfələrlə bir çox məsələlərdə birgə bəyannamələrə qoşulmamışdır. Azərbaycan hər zaman öz siyasi xəttinə sadiq qalaraq, tərəfdaşlarına sədaqətli yanaşır".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB