Azərbaycan tərəfinin bu məsələdə heç bir problemi yoxdur - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ
"Avropa İttifaqının regionda sülhün və əməkdaşlığın təmin olunması ilə bağlı atdığı addımlar təbii ki, təqdirəlayiqdir. Xüsusən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində qəbul olunan bəyanatda mehriban qonşuluq və etimad quruculuğu tədbirləri və nəqliyyat əməkdaşlığının gücləndirilməsi istiqamətində olan maddə təbii ki, Aİ-nın sülhün, etimadın və əməkdaşlığın bərqərar olmasına göstərdiyi siyasi iradədir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib
.jpg)
O, qeyd edib ki, Azərbaycan da eyni mövqedə çıxış edir. Azərbaycan Prezidenti hər zaman Ermənistanla kommunikasiya əlaqələrinin bərpası və regionda sülhün, etimad mühitinin yaradılması ilə bağlı açıq mövqeyini ortaya qoyub. Azərbaycan tərəfinin bu məsələdə heç bir problemi yoxdur. Çünki Azərbaycanın mövqeyi bəyanatdakı müddəalarla üst-üstə düşür.
Vüqar Əhmədov bu barədə fikirlərini belə izah edib: "Ancaq Ermənistan bu məsələdə hələ də real addımlar atmır. Baxmayaraq ki, Ermənistan Qərbə inteqrasiya yolu tutub amma Şərq Tərəfdaşlığı təşkilatı ilə əməkdaşlıq edir. Amma Ermənistanın mövqeyi hazırda Şərq Tərəfdaşlığı təşkilatının mövqeyi ilə üst-üstə düşmür. Ümid edirəm ki, Ermənistan bu bəyanatdan sonra real addımlar atmağa başlayar. Ermənistan Aİ ilə Şərq Tərəfdaşlığı təşkilatı vasitəsilə əməkdaşlıq etmək istəyirsə, bilməlidir ki, məhz kommunikasiyaların açılması, regionda sülhün bərqərar olması məhz bu inteqrasiyanın tərkib hissəsidir. Eyni zamanda Aİ özü də bu bəyanatla kifayətlənməməlidir. Eyni zamanda etimad mühitinin yaradılması üçün layihə və proqramlar ilə çıxış etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB