Kommunikasiya əlaqələrinin bərpası istiqamətində ciddi addımlar atılacaq - SƏDR MÜAVİNİ FİKİR BİLDİRDİ

Kommunikasiya əlaqələrinin bərpası istiqamətində ciddi addımlar atılacaq - SƏDR MÜAVİNİ FİKİR BİLDİRDİ

"Türkiyə, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması 10 noyabr 2020-ci il bəyannaməsinin müddəalarından irəli gəlir". Bunu SİA-ya Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

O, qeyd edib ki, bütün münasibətlər Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan bu sənəd əsasında həyata keçirilir. Biz artıq bu sənəddən sonra Qarabağ ərazisində yaşayan ermənilərlə Ermənistan arasında əlaqə yaradılması üçün Laçın koridorunu Rusiya sülhməramlılarının nəzarəti altına vermişik. Gözlənilir ki, Zəngəzur dəhlizinin açılması və gələcəkdə Azərbaycan ilə Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpası istiqamətində ciddi addımlar atılacaq.

Müəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Eyni zamanda Qazağın 6 kəndinin qaytarılması məsələsi həll olunacaq. Bundan başqa Ermənistan ilə Türkiyə arasında əlaqələrin yaradılması da zamanla həll ediləcək. Düşünürəm ki, hər iki ölkə arasında münasibətlərin qurulmasına dair razılaşmanı əldə etmək üçün xüsusi səlahiyyətli nümayəndənin ayrılması da kommunikasiyanın açılması baxımdan qiymətləndirilməlidir. Bu baxımdan İrəvan-İstanbul hava reyslərinin açılmasını da qeyd etmək olar. Bu artıq 1 il əvvəldən razılaşdırılmış məsələdir və hesab edirəm ki, getdikcə münasibətlərin inkişaf etdirilməsi bölgədə sülhün təmin edilməsi baxımından zəruridir. Ancaq təbii ki, reyslərin açılması ilə bağlı açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dedi ki, biz bu məsələdə Azərbaycan ilə məsləhətləşmələr apardıq və Azərbaycanın maraqları nəzərə alınacaq. BDüşünürəm ki, bütün bunlar Azərbaycan xalqının gözlədiyi prioritet vəzifələrin də həllinə kömək edəcək. Buna Zəngəzur dəhlizinin açılması və Qazağın 6 kəndinin qaytarılması daxildir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə