Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
YAP Gədəbəy rayon təşkilatının və Gədəbəy rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü keçirilib. Eyni zamanda anım tədbirində YAP Gədəbəy rayon təşkilatının gənclər birliyininin üzvlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, eləcə də rayon ictimayyətinin nümayəndələrinin iştirakı ilə Ulu Öndərin Gədəbəy rayonunun mərkəzində ucalan abidəsini ziyarət olunub.
İştirakçılar Dahi Öndərin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB