"Paşinyan hələ ki, sülh istiqamətində qəti addım atmağa ehtiyat edir" -SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Ermənistan kimi siyasi baxımdan qeyri-sabit ölkələrlə anlaşmaq çətindir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O, qeyd edib ki, əgər bir tərəfdən Ermənistanda “Qarabağ” klanının hakimiyyətdən düşməsi Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə müəyyən qədər rəvac verdisə, digər tərəfdən görünür ki, bu qüvvələr hələ də Ermənistan daxilində müəyyən siyasi proseslərə təsir etmək gücündədir və Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına mane olurlar.

Vüqar Əhmədov bu barədə fikirlərini belə izah edib: "Bu qüvvələr, əsasən, revanşist qüvvələrdir, hansı ki, Qarabağda Xocalı soyqırımını və digər qətliamları törətdilər. Əslində, Ermənistan siyasi hakimiyyətində monolitliyin olmaması və bu cür boşluqlar regionda sabitliyi pozmağa çalışan xarici qüvvələrə sərf edir və onlar vaxtaşırı bu boşluqdan istifadə edərək münasibətləri gərginləşdirməyə çalışırlar. Görünən odur ki, Paşinyan hələ ki, sülh istiqamətində qəti addım atmağa ehtiyat edir, çünki hakimiyyətini itirməsindən qorxur. Mən hesab edirəm ki, hər nə qədər çətin görünsə də, bu məsələdə biz Ermənistan cəmiyyəti ilə fəal iş aparmalıyıq. Tarix onu göstərir ki, sülhə nail olmaq üçün tək dövlət başçıları deyil, xalqlar da bu istiqamətdə fəal iş aparmalıdır. Regionda sülhə nail olmağın yeganə yolunu mən bunda görürəm".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...