Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək - Yəmən qəzeti

Yəmənin “Əl Təməniyə Əl Yom” qəzetində “Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək” sərlövhəli xəbər dərc olunub. SİA-nın məlumatına görə, dərc edilmiş xəbərdə bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsinin və yerli resurslardan səmərəli istifadənin əsas prioritetlərdən olduğunu deyib. Nazir qeyd edib ki, Ağdam Sənaye Parkının ərazisinin işıqlandırılmasında yerli istehsal olan günəş panellərindən istifadə edilir.

Yazıda vurğulanıb ki, artıq işğaldan azad edilmiş Ağdam Sənaye Parkının sosial zonasının təşkili yekunlaşıb, burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə