Belarus politoloq: KTMT Ermənistan və Azərbaycan arasında potensial münaqişələrə qarışmayacaq - ŞƏRH

Aİİ-yə inteqrasiya perspektivlərinin öyrənilməsi mərkəzinin direktoru, belaruslu politoloq Dmitri Belyakov “Caliber” analitik mərkəzinə regionda yaranmış vəziyyətlə bağlı fikirlərini bildirib. Politoloqun şərhini oxucularımızın diqqətinə çatdırırıq.

-KTMT-yə üzv ölkələr Ermənistan və Azərbaycan arasında potensial münaqişələrə qarışmayacaq. Bundan əlavə, Belarus tərəfi Azərbaycanla münasibətlərin qurulmasının tərəfdarıdır. Belarus qoşunlarının hətta hipotetik olaraq Ermənistan-Azərbaycan münaqişəsində iştirak edə biləcəyi vəziyyət, məncə, real deyil.

Tərəflər hazırda mövcud olanlarla öz xalqlarının maraqlarına uyğun işləməlidirlər. Bu günə olan məlumata görə, Azərbaycan cəmi 1 ildə Qarabağın inkişafına bütün əvvəlki 30 ildə Ermənistandan daha çox sərmayə qoyub. Bu isə vəziyyətin digər ölkələr tərəfindən başa düşülməsində mühüm rol oynayır. Təbii ki, daha çox Qərb müttəfiqlərinin rəhbərlik etdiyi Ermənistan hazırkı vəziyyəti tanımadan Qarabağ məsələsi ətrafında vəziyyəti gərginləşdirməkdə davam edir. Bu, onu deməyə əsas verir ki, Ermənistanın hazırkı rəhbərliyi bu məsələnin sülh yolu ilə həllində maraqlı deyil.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə