Qırğız politoloq: “Hamı çox gözəl bilir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - RƏY

Qırğız politoloqu Mars Sarıyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın sonunda Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 15-ci Sammitinin yekunları üzrə qəbul edilmiş “Aşqabad Fəaliyyət Konsensusu” adlı yekun bəyannaməni “Caliber”ə şərh edib. Politoloqun şərhini oxucularımıza təqdim edirik.

- Bəyannamədə, xüsusilə, İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları işğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik ediblər. İmzalayanlar arasında KTMT-nin 3 üzvü (Qazaxıstan, Qırğızıstan, Tacikistan) var.

KTMT-yə üzv dövlətlərin, xüsusilə, Qırğızıstan və Qazaxıstanın mövqeyi düzgündür. Mən KTMT üzvlərinin işğal olunmuş torpaqların azad edilməsi münasibətilə Azərbaycanı təbrik etməsinə təəccüblənmirəm. O ki qaldı Ermənistan tərəfinin uydurduğu, guya Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı mövqeyə, mən hesab edirəm ki, Bakıdakı rəhbərliyin bunu etməmək üçün müdrikliyi var. KTMT nizamnaməsinə görə, bu baş verərsə, o zaman bloka üzv olan dövlətlər Ermənistana kömək etməlidir. Lakin bunun baş verəcəyini güman etsək də, mən hesab etmirəm ki, Qırğızıstan və Qazaxıstan KTMT üzvü kimi blokun nizamnaməsini pozaraq belə bu işdə iştirak etsinlər. Üstəlik, Türk Dövlətləri Təşkilatı yaradılıb və bu təşkilat həm də Qafqazda və Orta Asiyada vəziyyətin sabitləşməsində mühüm rol oynayır.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...