Dövlət başçısının nitqi məzmunca geniş və mahiyyətinə görə dərindir - MÜNASİBƏT BİLDİRİLDİ

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısı keçirilib. Bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış edib. Cənab Prezident İlham Əliyevi Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov qarşılayıb. Millət vəkili Musa Qasımlı SİA-ya açıqlamasında İƏT-in 15-ci Zirvə toplantısın əhəmiyyəti barəsində bunları deyib.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında cənab Prezident İlham Əliyevin iştirakı, söylədiyi nitq və keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər diplomatiya tariximizin parlaq səhifələrindən biridir: "Dövlət başçımızın nitqi məzmunca geniş və mahiyyətinə görə dərindir. Ölkə rəhbərinin ikitərəfli və çoxtərəfli əsasda keçirdiyi görüşlər və imzaladığı sənədlər dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirir. Azərbaycan dövlətinin 44 günlük müharibədə qazandığı qələbənin yekun sənədində əks olunması bu qələbənin İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr tərəfindən qəbul edilməsi və bəyənilməsi deməkdir. Cənab Prezidentin bütün sahələrdə yürütdüyü, fayda verən və millətə başucalığı gətirən siyasətinin alternativi yoxdur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...