"Burada ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür" - HƏRBİ ESKPERT AÇIQLADI

“Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə mina məsələsi çox ciddi problemə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bu günə qədər çoxlu sayda həm hərbi qulluqçumuz, həm də vətəndaşlarımız minaya düşərək ya həlak olublar, ya da ağır çəkildə yaralanıblar: "Əlbəttə ki, burada ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də Azərbaycana vermir. Ümumiyyətlə, hərbçilərimizin və yaxud da vətəndaşlarımızın minaya düşməsi iki halda ola bilər. Birinci hal gözlənilməz şəraitdə, gözlənilməz yerdə minalanmış ərazidən keçid zamanı baş verə bilər. Həmin ərazilər bildiyimiz kimi dağlıq, yaşıllıq və relyefi fərqli olan ərazilərdir. İndiki şəraitdə yəni havanın yağışlı, qarlı olması ərazidə qorunmanı bir qədər çətinləşdirir. İkinci hal isə diqqətsizlikdir. Amma düşünmürəm ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları vəziyyəti bildikləri halda həmin ərazidə hər hansı bir diqqətsizlik nümayiş etdirsinlər. Hər bir halda oradakı vəziyyət, relyef, şərait bu cür halların yaranmasına səbəb olur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...