YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət edib FOTOLAR

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları 29 noyabr 2021- ci il tarixdə Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar şəhərindən olan şəhid Əlizadə Nəriman Nurəhməd oğlunun və şəhid Xəlilzadə Əmrah İnqilab oğlunun ildönümləri ilə əlaqədar olaraq ailələrini ziyarət ediblər. Daha sonra şəhidlərin məzarları ziyarət edilib və dərin ehtiramla yad edilərək üzərlərinə tər gül dəstələri düzüblər.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...