Bas nazir seçildikdən 8 saat istefa verdi

Ötən gün İsveç Parlamenti Riksdagendə keçirilən seçkidə Sosial Demokrat Partiyasından Maqdalena Andersson baş nazir seçilib. Səsvermədən sonra Andersson deyib: “Mən həm də İsveçin ilk qadın baş naziri seçildim və bundan ölkəmizdəki qadınlar üçün nə demək olduğunu bilirəm”.

Lakin Andersson təxminən 8 saat sonra "Qanuniliyi şübhə altına alınan hökumətə rəhbərlik etmək istəmirəm" deyərək istefa verib. SİA xarici mətbuata istinadən bildirir ki, Andersson 349 nəfərlik parlamentdə 175 "əlehinə" səsi alaraq ölkənin siyasi tarixində ilk qadın nazir oldub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...