Fransanın həmsədrlikdə təmsil olunmasına yox deyirik - MÜNASİBƏT BİLDİRİLDİ
“ATƏT-in Minsk Qrupunu biz birdəfəlik olaraq rədd etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov qeyd edib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu 27-28 il fəaliyyət göstərdiyi müddətdə erməlilərlə birlikdə hər zaman bizim əleyhimizə çıxış edib və o müddət ərzində ermənilərlə birlikdə bizim torpaqlarımızın işğal altında qalmasına səbəb olublar: “Yəni onların əvvəldən fəaliyyəti, mövqeyi bu gün də daxil olmaqla hər zaman bizim əleyhimizə olub. Hesab edirəm ki, gələcəkdə də belə olacaq, heç bir dəyişiklik edilməyəcək. Buna görə Ermənistanla bizim aramızda təxribatlar, gərginliklər, anlaşmazlıqlar ümumiyyətlə hər hansı bir problemlər baş verdikdə Azərbaycan bu məsələləri özü yoluna qoyur, özü də həll edir. Bizə ATƏT-in Minsk qrupu kimi vasitəçi lazım deyil. Çünki onların mövqeyi ortadadır. Fransanın bu günlərdə özlərini dövlət adamları kimi adlandıran separatçı qurumun iki cinayətkarını yüksək səviyyədə qəbul etməsi, onlarla görüşlər keçirməsi, bəyanatların verilməsi, yəni bu Fransanın mövqeyi deyilmi? Təbii ki, mövqeyidir. Bu 44 günlük müharibə dövründə Fransa və onun prezidenti Emmanuel Makron ermənilərdən çox ermənilik edirdi. Bu gün də həmin mövqeyi davam etdirirlər. Ona görə də bizə Fransa kimi həmsədr lazım deyil. Ümumiyyətlə ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB