Əbəs deyil ki, erməni mediası da artıq bu barədə etiraflarını edir
Ermənistanın Azərbaycana qarşı təxribatçı cəhdləri davam etdikcə, düşmən ölkə daha çıxılmaz vəziyyətə doğru yuvarlanmağa başlayır. Ötən ilin noyabrında imzalanan üçtərəfli bəyanatın tələb və bəndlərinə hər vəchlə əməl etməyə cəhdlər göstərən İrəvanın ümumiyyətlə, sözügedən bəyanatı öz təbirincə “heçə sayması” artıq onun üçün ciddi başağrısına çevrilməkdədir. Ötən bir il müddətində Bakının çoxsaylı humanistlik prizmasından çıxış etməsi, İrəvana jestlər göstərməsi təəssüf ki, qarşı tərəfdən düzgün qiymətləndirilmədi və bunun nəticəsidir ki, hazırda Ermənistanda daxili siyasi böhran daha da dərinləşir. Ermənistan hakimiyyətinin sərhəddə vəziyyətin gərginləşməsi məsələsindəki addım və qərarları isə artıq bu ölkə üçün siyasi ölüm anlamını daşıya bilər.
Azərbaycan Müdafiə Nazirliyi dəqiq informasiyaları ilə düşmənin nə qədər ağır vəziyyətdə olduğunu vurğulayır
Əbəs deyil ki, erməni mediası da artıq bu barədə etiraflarını edir. Bütövlükdə, güclü və qalib Azərbaycan Ordusunun qarşısında məhv olmuş Ermənistan tör-töküntüləri son nəfəsini verməyə başlayıb. “Hraparak” nəşrinin məlumatına görə, azərbaycanlılar erməni əsgərlərini təxribatlar törətdikləri zaman saxlayıblar.
SputnikArmeniya isə xəbər verib ki, hər iki tərəfdən aviasiyadan başqa, praktiki olaraq bütün növ hərbi texnikalar cəlb olunub.
Düzdür, düşmən tərəfi hər zaman olduğu kimi, bu dəfə də erməni ictimaiyyətinə yalan məlumatlar ötürür, lakin Azərbaycan Müdafiə Nazirliyi dəqiq informasiyaları ilə düşmənin nə qədər ağır vəziyyətdə olduğunu vurğulayır.
Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğular və minaatanlar məhv edilib. Və əgər düşmən təxribatlarına davam etməkdə qərarlı qalacaqsa, onun bu qərarını çox qısa müddətdə Azərbaycan əsgəri məhv edəcək!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB