YAP Nəsimi rayon təşkilatı partiya veteranları ilə görüş keçirib FOTOLAR
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı partiyanın qızıl fondu hesab edilən partiya veteranlarını daim diqqət mərkəzində saxlayır, onların qayğıları və problemləri ilə maraqlanır, onlarla mütəmadi görüşlər təşkil edir. Belə bir səmimi görüş noyabrın 15-də bir qrup partiya veteranı ilə keçirilib. Görüş zamanı YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov veteran partiya üzvlərinin problem və qayğıları ilə maraqlanaraq, hər zaman onlara dəstək olacaqlarını bildirib. Rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının Sədri, Prezident Cənab İlham Əliyevin yaşlı və ahıl insanlara sosial dəstək siyasətindən danışaraq bildirib ki, bu gün Azərbaycandakı ahıllar dövlət tərəfindən hərtərəfli maddi və mənəvi dəstəklə əhatə olunurlar.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB