Üçlü görüş onlayn keçiriləcək? Erməni KİV

Üçlü görüş onlayn keçiriləcək? Erməni KİV

“Bəzi Rusiya KİV-lərinin daha əvvəllər də verdikləri məlumatlarına görə 9 noyabr tarixində Ermənistan və Azərbaycan Rusiyanın ortaqlığı ilə bir dənə də olsun yeni sənəd imzalamayacaqlar”. SİA xəbər verir ki, bu barədə armenianreport saytı 24News-in mənbələrinə istinadən yazır.

“Beləliklə, bizim informasiyamıza görə, bizim üçün faciəli olan İkinci Qarabağ müharibəsinin ildönümündə istisna olunmur ki, Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyev onlayn görüş keçirəcəklər və deyilənlərə görə, həmin görüşdə əsasən, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə aid olan öz proqramları, arzuları barədə bəyanatlar verəcəklər”, deyə erməni saytı bildirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə