Mövcud olmayan qurumun yoxolmuş “rəsmisi”nin aqibəti indidən bəlli tədbiri - EXPERT RƏYİ
“Tədbirin keçiriləcəyi ilə bağlı xəbəri mövcud olmayan qurumun yoxolmuş “rəsmisi” bildirirsə buna əhəmiyyətli reaksiya verməyə belə dəyməz. Amma, ancaq və lakin bu o demək deyil ki, qulaqardı etməliyik. Əgər bu cür tədbir keçirməklə öz ağıllarınca “erməni kilsələrinin albanlaşdırması”na “qəti bir nöqtə” qoyacaqlarını zənn edirlərsə, o zaman unutmasınlar ki, Azərbaycan dövləti də nöqtəni nidaya çevirməyi ən gözəl şəkildə onlara sübut edib, özü də cənab Prezident İlham Əlieyin dediyi kimi: ”Necə lazımdır!”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin fikrincə, Azərbaycan dövləti öz milli maraqlarını qorumaq üçün indiyə qədər atdığı təxirəsalınmaz, qətiyyətli addımlarla bu təxribata da cavab verəcək: “Təbii ki, burada müxtəlif üsul və vasitələrdən söhbət gedir. Bunlardan biri kimi Xankəndiyə qanunsuz səfər edən şəxslərə Azərbaycana giriş qadağan ediləcək. Yəni, onlar qara siyahıya salınacaqlar. Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisinə daxil olması qəti yolverilməzdir, qanunsuzdur və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır. Bu ilk deyil, indiyə qədər də bu kimi hallar yaşanıb. Həm də bu, təkcə siyasətçilərə qarşı deyil, tanınmış müğənnilərə, futbolçulara, jurnalistlərə, blogerlərə tətbiq olunmuşdu. Bununla yanaşı, sülhməramlılar da burada vəzifə səlahiyyətlərini düzgün icra edərək onların girişinə icazə verməli deyillər. Daha öncə də olmuşdu belə bir hal, sülhməramlılar bildirmişdi ki, Azərbaycanın icazəsi olmadan giriş mümkün deyil. Eyni münasibətlə bütün analoji halların qarşısı alınmalıdır. Zənnimcə, burada digər bir önəmli sual ondan ibarətdir ki, Xankəndində qalan ermənilər öz gündəlik məişət tələbatlarını ödəməkdən başları açıldımı ki, hələ bir tədbirlər keçirmək kimi bir lüksları da olsun? Bunun da cavabı bəllidir ki, tədbirin keçirilməsində proseslərin gələcəyə doğru aparılmasının qarşısını almaq istəyən daxili revanşist və xarici maraqlı tərəflər mövcuddur. Regionda mövcud vəziyyət cənab Prezident İlham Əliyev tərəfindən müxtəlif nüfuzlu media qurumlarına verilən müsahibələr vasitəsilə çatdırılır”.
Politoloqun sözlərinə görə, burada daxili revanşistlərin və xarici qüvvələrin marağı var ki, regionda gərginliyi saxlasınlar, ya guya regionda hələ də gərginlik mövcuddur fonu yaratmaqla, beynəlxalq rəyi çaşdırsınlar: “Bu məsələyə münasibəti qardaş Türkiyə dövlətinin başçısı Ərdoğanın nitqinə istinadən demək yerinə düşər ki, regionda gedən prosesləri kiçik hesablara, daxili siyasi oyunlara qurban verməyək. Belə ucuz tədbirlər, məsuliyyətsiz və təxribatçı davranışlar qəbuledilməzdir, çünki bu, bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə ciddi xələl gətirən addımlardır. Onu da nəzərə alsaq ki, “Artsax”ı nəinki beynəlxalq aləm, heç Ermənistanın özü belə tanımayıbsa konfransa beynəlxalq qoşmasını əlavə etmək gülüncdür. Beynəlxalq konfranslara adətən nüfuzlu alimlər, beyin mərkəzlərinin nümayəndələri yığışırlarsa və bölgədə mövcud olan durum da rəsmi şəxslər vasitəsilə dünyaya çatdırılırsa o zaman hansısa dar maraqlara xidmət edən tədbirə heç bir səviyyəli alim gəlməz. Eyni zamanda, regionun nüfuzlu dövlətinin qara siyahıya düşmək məsələsini gözönündə tutan heç bir nüfuzlu alim buna getməz. Dövlət başçımız dəfələrlə mövqeyimizi ortaya qoyub ki, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dövləti multikultural dəyərləri prioritet sayan bir dövlət kimi digər azsaylı etnik nümayəndələrin mədəni tədbirlərinin keçirilməsi üçün yaradılan şəraiti ermənilərə də təmin edə bilər, amma söhbət beynəlxalq təbdirdən gedirsə, Xankəndi də Azərbaycanın ərazisi olduğu üçün icazəni məhz və yalnız Azərbaycan dövləti verə bilər. Ermənilərin belə bağrı ağdırsa, öz uydurma tarixlərindən əmindirlərsə nüfuzlu dünya alimləriniin iştirakı və müşaiyəti ilə və Azərbaycanın da icazəsi ilə azərbaycanlı və erməni alimlər birgə tədbir keçirsinlər. Lap elə Türkiyənin də dəfələrlə açıq şəkildə təklif etdiyi kimi 1915-ci ilin arxiv səbədləri də açılsın görək kim haqlı kim haqsız çıxacaq. Lakin onlar tarixlərinin uydurmadan ibarət olduqlarından əmin olduqları üçün belə təxribatçı tədbirlərə əl atırlar”.
Ş.Həsənova vurğulayıb ki, zaman məfhumu baxımından analiz etsək tədbirin növbəti ilin martında keçirilməsi planlaşdırılır: “Nəzərə alsaq ki, noyabrın 10-u üçtərəfli bəyanatın, yanvarın 11-i isə Moskva bəyanatının imzalanmasının bir ili tamam olur, Zəngəzur dəhlizinin təməli qoyuldu və düşünürəm ki, o vaxta qədər də üçtərəfli görüşün keçiriləcəyi ehtimalları yüksəkdir, bu kimi tədbirlər heç bir halda əsas nəticəyə təsir etmək gücünə malik deyil. Bundan öncə də qondarma Qarabağ rejiminin yaradılmasının 30 illiyi ilə bağlı Xankəndi şəhərində bayram tərdbirləri keçirilməli idi ki, "prezident” Arayik Arutyunyan geri addım ataraq qondarma rejimdə heç bir bayram tədbiri olmayacağını bildirmişdi. Ya götürək elə Xankəndində keçirilən yas mərasimini xatırladan hərbi paradı. O tədbirlərin aqibəti necə oldusa, əminəm ki, bu tədbirin taleyi də digərlərindən fərqlənməyəcək. Bütün bunlarla yanaşı, düşünürəm ki, necə döyüş meydanında mübarizlik göstərdiksə bundan sonra da informasiya savaşını hələ də sürdürməliyik. Ən əsası da ideoloji sahədə başlatdığımız işləri daha da genişləndirərək tarixçilərimiz elmi-nəzəri əsaslarla davam etdirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB