YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət edib ANIM

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları 28 oktyabr 2021- ci il tarixdə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar şəhərindən olan şəhid Qədirli İsmayıl Elçin oğlunun və Nəsimi kəndindən olan şəhid Yoldaşov Alim Mirzə oğlunun ildönümləri ilə əlaqədar olaraq ailələrini ziyarət ediblər.

Daha sonra şəhidlərimizin məzarları ziyarət olunub, məzarları üzərinə tər gül dəstələri düzülərək əziz xatirələri böyük ehtiramla yad edilib və ruhlarına dualar oxunub.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə