"Qapının arxasında kimi qoyacağımıza biz qərar veririk” - MƏRKƏZ SƏDRİ MÖVQE BİLDİRDİ

“Türkiyə Azərbaycanın bir nömrəli dostu, təmənnasız müttəfiqidir. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. Qardaş ölkənin mənəvi-siyasi dəstəyinin müharibədən sonra da davam etməsi müsbət haldır, bizi qürurlandırır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Mərkəz sədri bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öz təyyarəsi ilə birbaşa Füzuliyə gəlməsi ciddi siyasi hadisədir: “Bu fakt onu göstərir ki, Qarabağın sahibi həmişə olduğu kimi yenə də Azərbaycandır. Qonağı ev sahibi qarşılayır. Biz də ev sahibi kimi qonağımızı qarşıladıq. Yaxşı olar ki, ermənilər özgənin evindən gözlərini çəksinlər”.

Jurnalist səfər zamanı Füzulinin simvolik açarlarının iki ölkə rəhbərinə təqdim edilməsinə də münasibət bildirib. Qeyd edib ki, 21-ci əsrdə bəzən jestlər, hərəkətlər də siyasi mesaj kimi qəbul olunur: “İki Prezident bir yerdə mesaj verdi. Bu mesajdan çıxan nəticə olduqca aydındır. Qarabağın açarı bizim əlimiz`dədir. Biz bu açarla təkcə tezliklə cənnətə çevirəcəyimiz evlərimizin qapılarını deyil, həm də indiyə kimi bağlı qalan bir çox yollarımızı açacağıq. Ermənistan müharibədə uduzduğu halda revanşist düşüncədən əl çəkmədiyi üçün qapının arxasında qalıb. Əgər reallıqla barışıb düzgün siyasi qərarlar qəbul etsə, qapı nə vaxtsa onun da üzünə açıla bilər. Hazırda regionda kimi içəri buraxıb, kimi qapının arxasında qoyacağımıza biz qərar veririk”

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə