YAP Nizami rayon təşkilatının hesabat-seçki iclasları davam edir - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları davam etdirilir. Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə və partiyanın yerli təşkilatları haqqında əsasnamənin tələblərinə əsasən keçirilən iclaslarda VI Qurultaydan ötən dövr ərzində görülən işlərə dair hesabatlar verilir, təşkilatların sədrləri və müavinləri seçilir.

YAP Nizami rayon təşkilatının "Q.Qarayev prospekti 84", "E.Süleymanov küçəsi 25/14", "Ə.Vəliyev küçəsi 4", "T.Abbasov küçəsi 33D", "Keşlə qəsəbəsi, Köndələn küçəsi", "Ş.Mirzəyev küçəsi 66", "Nəsimi küçəsi 11", "Naxçıvanski küçəsi 43a", "Keşlə qəsəbəsi, Sabir küçəsi 61", "A.Manafov küçəsi 14", "M.Şərifli küçəsi 161", "Babək prostekti 111a", "Q.Qarayev prospekti 74", "A.Manafov küçəsi 130", "C.Naxçıvanski küçəsi 348a", "M.Şərifli küçəsi 159", "Y.Səfərov küçəsi 10", "Babək prospekti 75" ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki iclaslarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatların ötən dövr ərzindəki fəaliyyətləri müzakirə və təhlil edilib, Vətən müharibəsində qazanılmış parlaq zəfərin mahiyyəti barədə danışılıb. Müharibədən sonra formalaşan yeni reallıqlar fonunda və yeni siyasi konfiqurasiya şəraitində qalib ölkənin iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifələrdən, perspektiv fəaliyyət istiqamətlərindən söz açılıb.

İclaslarda YAP-ın Nizamnaməsində, eləcə də partiyanın yerli təşkilatları haqqında əsasnamədə ərazi partiya təşkilatlarının fəaliyyətini tənzimləyən əsas məqamlar haqqında da ətraflı məlumat verilib.

Çıxış edənlər diqqətə çatdırıblar ki, YAP-ın qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin əsasında dövlətə, xalqa xidmət dayanır.

Qeyd edəki, YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...