"Azərbaycan-Türkiyə əməkdaşlığı düzgün yoldadır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan və Türkiyə dövlətlərinin birgə əməkdaşlığı eləcə də, hər iki ölkənin liderlərinin olduqca qarşılıqlı, anlaşıqlı münasibət qurması Vətən müharibəsində nə qədər böyük və tarixi nəticələr ortaya qoyduğunun nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığı Vətən müharibəsini necə həll etmişdisə, bu gün Vətən müharibəsindən sonra azad olunmuş bölgələrimizdəki infrastrukturun yaradılması və bərpasının prosesi tarixini bu cür uğurla həll edir: “Bu gün Füzuli aeroportunun açılması, "Ağıllı Kənd"in fundamentinin iki ölkənin liderlərinin birlikdə qoymaları böyük tarixi əhəmiyyətə malikdir. Bu gün Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi, Füzuli aeroportunun, eləcə də Zəngəzur dəhlizinin əsas seqmentinin açılışında iştirak etməsi olduqca böyük tarixi hadisədir. İki ölkə liderinin özlərinin geniş imkanları hesabına regiondakı bütün geoiqtisadi və geosiyasi vəziyyəti dəyişdirmək gücündə olduqlarını nümayiş etdirdilər. Ərdoğanın Azərbaycana səfəri, azad olunmuş ərazilərimizdə rəmzi olaraq Qarabağın açarını iki liderin mübadilə etməsi, mühüm obyektlərin açılışında iştirak etməsi Ermənistanda çox ciddi narahatçılıq doğurur. Ermənistanın xarici işlər naziri davakar ritorikadan əl çəkməyərək Ərdoğanın Azərbaycana bu səfərini təxribat kimi dəyərləndirib. Cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsinə Ermənistanın dövlət orqanlarının reaksiyası bir daha sübut edir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı düzgün yoldadır və bu əməkdaşlıq geniş vüsət alıb”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...