“Müxalifətin sosial şəbəkələrdə mitinqlərə çağırış etmələri cəmiyyətdə haqlı narazılıq yaradır” AÇIQLAMA

“Müxalifətin sosial şəbəkələrdə mitinqlərə çağırış etmələri cəmiyyətdə haqlı narazılıq yaradır” AÇIQLAMA

“Bəzi müxalifət qüvvələrinin sosial şəbəkələrdə aksiyalara çağırışlar etməsi və fikirlər səsləndirmələri yersizdir. Çünki hazırkı mərhələdə aksiyaların keçirilməsinə ehtiyac yoxdur. Bununla belə hər kəs aksiya keçirmək hüququna malikdir. Hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ var. Yəni, Azərbaycan Respublikasının Konstitusiyasına görə, insanlar mitinqlər, küçə yürüşləri keçirə bilərlər, lakin indiki məqamda belə aksiyaların keçirilməsi üçün sosial sifariş yoxdur. Hətta müxalifət istəsə belə aksiya keçirə bilməyəcək”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərin görə, müxalifətin sosial şəbəkələrdə mitinqlərə çağırış etmələri cəmiyyətdə haqlı narazılıq yaradır: “Əgər sözügedən qüvvələr aksiyalar keçirmək istəyirlərsə, qoy gedib keçirsinlər, görək necə keçirirlər. İnanmıram ki, sözügedən müxalif qüvvələri tərəfindən keçirilməsi nəzərdə tutulan aksiyalara insanlar qatılsınlar, küçələrə çıxsınlar və etiraz etsinlər. Əgər adları çəkilən şəxslər bu aksiyaları keçirsələr, onlar bir daha görəcəklər ki, onların heç bir sosial bazası yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə