Zaqatalada şəhid Sayad Hacıyevin ildönümü ilə əlaqədar məzarı ziyarət edilib

YAP Zaqatala rayon təşkilatının, Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, rayonun Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Bazar kənd sakini Hacıyev Sayad Azad oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Daha sonra şəhid Sayad Hacıyevin ailəsini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar. Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə edərək, minnətdarlıqlarını bildiriblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...