İran regionda sabitliyi pozur - ABŞ Dövlət Departamenti

İran regionda sabitliyi bir çox cəhətdən pozan qüvvədir. SİA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı İranın Azərbaycana qarşı bəyanatları barədə sualı cavablandırarkən deyib.

O bildirib ki, ABŞ-ın İranın regional fəaliyyəti ilə bağlı mövqeyi dəyişməz qalır: "Biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik və bu mövqedə qalırıq. İran regionda sabitliyi bir çox cəhətdən pozan subyektdir".

Bütün xəbərlər Facebook səhifəmizdə