"Ermənistan" bloku parlamentin daimi müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini vəzifəsi uğrunda yenidən mübarizə aparacaq. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus "Hraparak" qəzeti yazırş
Nəşrin yazdığına görə sözügedən blok Artur Kazinyanın namizədliyini yeddinci dəfə irəli sürəcək.
"Şübhə yoxdur ki, səlahiyyətlilər bunun qarşısını almaq üçün əllərindən gələni edəcəklər, çünki dünən "Vətəndaş müqaviləsi"-nin bir nömrəli brifinqində Vahaqn Aleksanyan Kazinyanın orduda xidmət etmədiyi üçün seçilməyəcəyini söyləyib.
"Milli Məclisin Reqlamenti" qanunu dəyişdirilmədiyi və eyni namizədin davamlı olaraq irəli sürülməsi ehtimalı məhdudlaşdırılmadığı müddətcə "Ermənistan" bloku eyni bir namizədi sonsuz sayda irəli sürə bilər. Amma bu namizədi dəyişə də bilər. Blokdakı mənbələrin bildirdiyinə görə, bunu etməyəcəklər. Başqa bir namizəd varmı, yoxmu, bu prinsipial məsələdirmi, "belə bir sual ümumiyyətlə müzakirə edilməyib", deyə qəzet yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB