"Xalq, millət olaraq hər kəs buna hazır idi" - HƏRBİ EKSPERT AÇIQLADI
“27 sentyabr Azərbaycan tarixində ən əlamətdar günlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu gün şanlı ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan dövlətinin Vətən müharibəsinə başladığı gündür: “Azərbaycan xalqı səfərbər olaraq torpaqlarını azad etmək uğrunda böyük savaşa başladığı gündür. Biz bu günü tam matəm günü kimi qeyd etmirik. Biz bu günü həm anım, həm də böyük zəfərin başlandığı gün kimi qeyd edirik. Biz bilirdik ki, bu məsələ müharibəsiz həll olunmayacaq. Xalq, millət olaraq hər kəs buna hazır idi”.
Emin Həsənli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün bəlkə də ən çox şəhidlərimiz olan gündür: “Təmas xəttini yarıb, erməni istehkamlarını alt-üst etmək 27 sentyabr tarixindən başladı. Nəinki bu gün 44 günün hər biri bizim üçün müqəddəsdir. Qarabağ bizim üçün tək coğrafi mənası yoxdu həmçinin mənəvi mənası var. Azərbaycanın hər nəslindən, hər kəndindən, azsaylı xalqlarından, ümumilikdə bütün bölgələrindən şəhid və qazilərimiz var. Ona görə də bu torpaqlar bizim üçün əzizdir, müqəddəsdir. Bununla bərabər həmin gün həm də Azərbaycan birliyinin simvoludur. Ona görə də bu günün xüsusi anlamı var. Biz şəhidlərimizin ruhunu ehtiramla yad edirik, onların qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad olundu. Biz bu günləri daim xatırlayacayıq. Daim şəhidlərimizin xatirisini uca tutacayıq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB