"Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır" - DEPUTAT REAKSİYA VERDİ

"Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır" - DEPUTAT REAKSİYA VERDİ

“Ölkə Prezidenti növbəti dəfə Fransanın nüfuzlu "France24" televiziya kanalına müsahibəsində bir sıra vacib məqamlara toxunub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.

Deputatın sözərinə görə, birinci onu qeyd etmək lazımdır ki, jurnalistin yenə də ünvanladığı suallarda bir qədər təxribat xarakterli provokativ suallar da var idi: “Lakin bütün hallarda ölkə Prezidenti cənab İlham Əliyev yenə də qətiyyətli siyasi iradə və eyni zamanda diplomatik məharət nümayiş etdirməklə hər bir suala dolğun cavab verdi. Digər tərəfdən cənab Prezident tərəfindən səsləndirilən cavablar Ermənistana bir mesaj idi”.

C.Osmanov vurğulayıb ki, Preizdent İlham Əliyev tərəfindən müsahibədə verilən mesajlar ümumilikdə Ermənistana himayədarlıq edən qüvvələrə bir siqnal idi: “Cənab Prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Azərbaycanın təqdim etdim etdiyi ismarıclar üzrə hazırdır. Azərbaycan güclü dövlətdir və Azərbaycana qarşı yenidən hər hansı təhdid olarsa, Azərbaycan bunun qarşısını almağa hər zaman qadirdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə