YAP Sabunçu rayon təşkilatında pandemiya mövzusunda tədbir keçirilib
YAP Sabunçu rayon təşkilatında “Pandemiya qaydalarına riayət edək” mövzusunda keçirilən tədbirdə ərazi ilk partiya təşkilat sədrləri iştirak edib. Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev COVİD-19 pandemiyası bütün dünya üçün bir nömrəli problem olaraq qalmaqda olduğunu bildirib vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Prezident Əliyevin vaxtında apardığı islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major situasiyada bu addımlar öz önəmini göstərdi.
Misirxan Vəliyev Sabunçu rayon təşkilatında da bir çox işlərin görüldüyünü, pandemiya qaydalarına riayət edilərək ərazi ilk partiya təşkilat sədrləri ilə görüşlər keçirilərək əhali arasında təbliğatı işlərin apırıldığını və qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib. Eyni zamanda, ərazi partiya təşkilat sədrləri, rəhbərlik etdikləri partiya təşkilatının işini rayon təşkilatının tələb və tövsiyələrinə uyğun qurduqları haqda məlumat veriblər. Daha sonra tədbirdə ərazi ilk partiya təşkilatlarının ümumi vəziyyəti, partiya üzvlərinin dəqiqləşdirilməsi, üzvlük haqlarının yığılması haqqında müzakirələr aparıldı.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB