YAP Füzuli rayon təşkilatının rəhbərliyi və fəalları şəhid məzarlarını ziyarət edib - FOTOLAR

YAP Füzuli rayon təşkilatının rəhbərliyi və fəalları 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günündə rayonun Kərimbəyli, Babı, Alxanlı kəndlərində şəhid məzarları ziyarət edilərək onların əziz xatirələri hörmət və ehtiramla yad edilib və məzarılar üzərinə tər gül-çiçək dəstələri düzülüb. SİA-nın məlumatına görə, eyni zamanda, Horadiz qəsəbəsindəki Şəhidlər Xiyabanı ziyarət edilərək onların ruhuna dualar oxunub, məzarlarının üzərlərinə gül-çiçək dəstələri düzülüb.

Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə