Azərbaycan KP MİK- nin Rəyasət Heyəti 27 sentyabr Anım Günü ilə bağlı BƏYANAT yayıb. Bəyatda deyilir: Azərbaycan otuz il ərzində Erməni millətçiləri tərəfindən işğal olunmuş ərazilərimizin azad olunması üçün Minsk qrupunun fəaliyyətində məsələnin həllinin nəticəsini hiss etmədi, həqiqətdə bu məsələnin dondurulması prosesinin getdiyinin şahidi oldu.Aparılan danışıqlar nəticəsiz olduğundan Azərbaycan xalqının ümidləri tam tükənmişdi, bu vəziyyətlə barışmırdı və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad etmək yollarını axtarırdı.
2020-ci ilin sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı növbəti hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalmışdır. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Ermənistan- Azərbaycan münaqişəsi sona çatmışdır.
İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir.
Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanması yerlərinə çevrilmişdir.
Hazırda azad olunmuş ərazilərdə sürətli quruculuq işləri aparılır.
Azərbaycan Ermənistanın işğalçılıq siyasəti üzündən 30 il müddətində həllini tapmayan münaqişəni qısa müddətdə hərbi-siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin edib.
Azərbaycan KP MİK Rəyasət heyəti qeyd edir ki, heç bir tarixi və dövlətçilik ənənəsi olmayan, özgə torpaqları hesabına yaradılmış, daim təcavüzkar və soyqırımı siyasəti həyata keçirən bir dövlətin yalançı maraqlarına xidmət edən "erməni soyqırımı" ifadəsi
öz mənfi fəsadlarını tezliklə göstərəcək. Ermənistanın mövcud olduğu qısa bir tarix ərzində azərbaycanlılara qarşı dəfələrlə qətliamlar, soyqırımlar, təxribatlar etdiyinin şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyalarının müxtəlif bölgələrində azərbaycanlılara qarşı törətdikləri qırğın faktları sübut edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: "İndi hər kəs, bütün dünya bilir ki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Bu, artıq sübut olunub. Uzaq mənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb".
Birinci və ikinci Qarabağ müharibələrinin şəhidlərinin qəhrəmanlığı, onların şücaəti
və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etmişdir.
Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi, Xalq- Ordu- Dövlət vəhdəti olmuşdur. Azərbaycan KP MİK Rəyasət heyəti qeyd edir ki, bizim şəhidlərimiz haqq yolunda, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı nəticəsində bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası ölkədə hüquqi və demokratik dövlət quruculuğunu həyata keçirir və milli tarixi dəyərlərini qiymətləndirir.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir!
27 sentyabr şəhidlərimizin Anım Günü kimi tariximizdə əbədi qalacaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB