“Hər kəs anladı ki, bu dialoqun alternativi yoxdur” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Keçirilən siyasi dialoqun alternativi yoxdur. Məhz bunun nəticəsidir ki, 44 günlük müharibədə hamı bir yumruq ola bildi. 1993-cü ildə dialoqun olmaması səbəbindən siyasi partiyalar məsələni Milli Məclisə sürüyüb çıxartdılar və son nəticədə 6-7 rayonumuz getdi”. Bunu SİA-ya açıqlamasında Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz deyib.

Onun sözlərinə görə, bu gün dialoqun nəticəsidir ki siyasi partiyalar Tovuz hadisələrində də birgə bəyanat verdi və beynəlxalq təşkilatlara müraciət ünvanladı: "Bu gün Azərbaycan xalqının özünün dövləti var. Yəni kənardan təzyiq olmayan Azərbaycan dövləti var. Təbiidir ki, siyasi partiyalarda hakimiyyət uğurunda mübarizə aparmalarına baxmayaraq dövlət məsələsi gələndə hamısı bir yerdədir. Əgər müharibə vaxtı bu dialoq olmasaydı və hamımız çəkici bir zindana vurmasaydıq bəlkə də müharibə yarımçıq qalardı. Biri çıxardı burda bir piket keçirərdi, biri orda keçirərdi və ölkə əslində hədəfindən yayınardı. Paşinyan buna ümid edirdi ki, ölkə 90-cı illərdəki kimi qarışacaq, amma nə gəzəl ki, o ara qarışmadı və aranı qarışdırmayan bir nömrəli iş partiyaların öhdəsinə düşdü və təbiidir ki, burda Ədalət müəllimində xidməti var, yəni o partiyaları bir yerə yığmağı bacardı. Bildiyiniz kimi partiyaların 8-i bir yerə yığışanda birinin sözü o birinin boğazından keçmir. Amma müharibə bizi birləşdirdi, artıq müharibədən də sonra hər kəs anladı ki, bu dialoqun alternativi yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə