“Ermənilər Xankəndidə yarıac, susuz vəziyyətdə yaşayırlar” ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Ermənilər Xankəndidə yarıac, susuz vəziyyətdə yaşayırlar” ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“44 günlük Vətən müharibəsindən sonra Ermənistan ağır məğlubiyyətə uğrayaraq Azərbaycanın işğal olunmuş ərazilərindən qovularaq çıxarıldı. Hərb meydanında uduzan ermənilər xislətlərinə uyğun olaraq 10 noyabr Aktının tələblərinə zidd olaraq müxtəlif təxribat xarakterli hərəkətlərə yol verməkdədirlər. Təbii ki, bu təxribatlara yenə də havadarlarına arxalanaraq əl atırlar”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, bu təxribatlar həm də sınmış erməni cəmiyyətinə sanki təsəlli vermək xarakteri daşıyır: “Son günlərdə Qarabağda rus sülhməramlılarının himayəsində qalan bir ovuc tör-töküntü guya müstəqilliklərinin ildönümü keçirmək həvəsinə düşüb. Müxtəlif tədbirlər keçirməklə məşğuldurlar. Bu, tam bir ağılsız, həyasızcasına həyata keçirilən bir təxribat əməlidir. Vətən müharibəsində başlarına dəyən dəmir yumruq bunları əməlli gic vəziyyətinə salıb. Bütün bunlar bizi təxribata çəkmək və rus sülhməramlıları ilə konflikt yaratmaq niyyəti güdürlər. Bunlar bir vaxt bizi bu cür təxribata çəkmək istədilər. Şuşanı paytaxt elan edərək orda parlament binası tikməyə başlayaraq, qondarma bir iclas da keçirdilər. O zaman da ictimaiyyət buna qarşı hansısa addımlar atılmasını istəyirdi. Lakin müdrik və uzaqgörən siyasi lider İlham Əliyev səbir nümayiş etdirərək vaxtı çatanda öz sözünü dedi. Vətən müharibəsi zamanı iclas keçirilən həmin bina məhv edildi və tikilən parlament binası bu gün sökülərək Cənab Prezident tərəfindən yeni otelin təməli qoyuldu. Bundan gözəl cavab nə ola bilərdi”.

A.Xəlilov onu da bildirdi ki, bu gün də orda qalan o tör-töküntü bu təxribatla bizim hislərimizlə oynamağa çalışırlar ki, biz nə isə addım ataq və bunlar tez şivən qoparıb dünyanı bizə qarşı qoysunlar: “Cənubi Osetiya variantı kimi bir arzu keçir bunların ürəyindən. Bunlar qanmırlar ki, Azərbaycanı çox dahi bir Prezident idarə edir. Heç bunlar bizim torpaqları işğal edib orda qondarma bir qurum yaradanda bunları dünya tanımadı. Çünki o arzularını Ümummilli liderimiz Heydər Əliyev Lissabonda gözlərində qoydu. Dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdı. İndi isə bunlar acı məğlubiyyətə uğrayıb. Dünya artıq bunu qəbul edib. Azərbaycanın ərazi bütövlüyü siyasi dildə tam təmin olunub. Rusiya bunların tör-töküntülərinə, sadəcə, himayə durub. Rusiya prezidenti Qarabağın Azərbaycan ərazi olduğunu bir daha açıq şəkildə bəyan edib. Rus sülhməramlıları Azərbaycanın icazəsi ilə ordadır. Rus sülhməramlılarının yanında bizim ordu əsgərlərimiz və polis əməkdaşlarımız birgə xidmət aparır. Bunu mən canlı görmüşəm. Bütün istiqamətlərdə Azərbaycan vəziyyətə tam nəzarət edir. Özü də ağıllı və planlı şəkildə. İşğaldan azad olunan ərazilərdə geniş quruculuq işləri aparılır. Təhlükəsizlik tədbirləri görülür. Sərhədlərimiz bərpa olunur ki, bu, çox vacib bir amildir. Heç bu yazıqların sərhədlərini qorumağa da əsgəri yoxdur. Onu da qorumağa rusları dəvət ediblər. Dağlıq Qarabağda qalan ermənilərin isə bir yolu qalıb, ya Azərbaycan qanunlarına tabe olmaq, ya da köçüb getmək. Zaman da bunların əleyhinə işləyir, çünki bu gün hələ ki, Rusiya bunlara yardım edir. Ancaq Rusiya iqtisadiyyatı da sanksiyaların təzyiqi altında uzun müddət bunları saxlamaq iqtidarında deyil. Özləri bunu başa düşür. Məhz buna görə də təxribatlara əl atırlar. Bunların bu hərəkətləri suda batan adamın saman çöpündən yapışmasını xatırladır. Bəli, prezidentim bunların bu təxribatının cavabını Vətən müharibəsi Zəfərində vermişdi: "Qondarma qurum yoxdur, o, cəhənnəmə getdi". Vəssalam indi də nə edirlər etsinlər, biz səbirlə zamanına qədər öz quruculuq və torpaqlarımıza qayıdış planlarımızı həyata keçirdirik. Artıq yavaş-yavaş Qarabağdakı tör-töküntülər bizim əsgərlərimizə yaxınlaşaraq rəsmilərimizlə görüşmək istəklərini bildirirlər. Yaxın gələcəkdə bu halların kütləviliyini biz müşahidə edəcəyik. Bu gün Xankəndidə yarı ac, susuz vəziyyətdə rus "tuşonkasından" yeyib nə isə bir tədbir keçirmək istəkləri boş bir hərəkətdir. Hesab edirəm ki, biz səbirlə onların bu təxribatlarına bir o qədər də əhəmiyyət verməməliyik. Cənab Prezident özü demişkən: "Mən hər bir məsələni özüm bilirəm" fikri bizə səbirli olmağı tövsiyə edir. Şuşanı azad edən Komandan Xankəndi tör-töküntülərini də tabe etdirəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə