Tarixi zaman, tarixi məkan, tarixi şəxsiyyət - MƏQALƏ

16 avqust 2021-ci il tarixdə Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına rəsmi səfərdə olmuşdurlar. Son zamanlar Azərbaycan və Ermənistanın sərhədlərində baş verən silahlı insidentlərin baş verməsinə baxmayaraq, Ali Baş Komandanın işğaldan azad olunmuş sərhəd bölgələrə səfərlər etməsi Ermənistana və onun himayədarlarına sərt cavabdır. Prezident İlham Əliyev azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib. Səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olub, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənib, yeni tapşırıqlar verib.

Kəlbəcər və Laçın rayonlarına səfərlər özünə məxsusluğu ilə seçilir. Belə ki, vacib strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu prezident İlham Əliyevin sərəncamına əsasən tikintisi davam etdirilir və yol üzərində 3 tunelin tikintisi aparılacaqdır. Qeyd edək ki, işğal dövründə Ermənistan tərəfi Şərqi Zəngəzur və Qarabağda qanunsuz məskunlaşmanı həyata keçirmək üçün Laçın dəhlizindən əlavə olaraq qədim Azərbaycan torpaqları olan Basarkeçər ilə Kəlbəcəri birləşdirən yol çəkdirmişdi. Üçüncü istiqamətdə isə Qərbi Zəngəzuru Cəbrayıl rayonuna birləşdirən yolun çəkilməsi nəzərdə tutulurdu. Bu qanunsuz hərəkətlərə ATƏT-in Minsk qrupu heç bir müdaxilə etməmişdi. Ancaq Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində tam qələbə əldə edərək, ermənilərin arzularını ürəklərində qoymuş oldu.

Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanının təməlqoyma mərasimində də iştirak edən Ali Baş Komandan region üçün bu hava limanının vacib olduğunu bildirdi.

Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanın inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Ali Baş Komandan səfər zamanı Ermənistana və himayədarlarına yenə də tarix dərsi keçərək, acıq mesaj verdi: “Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”.

İşğaldan azad olunmuş torpaqlarımıza Ali Baş Komandanın səfərləri həm regionun yenidən bərpasına sürətli təkan verməklə yanaşı, siyasi arenada da böyük güc göstərişidir. Artıq Ermənistan tərəfi bunu anlayır. Azərbaycanın regionda liderliyinə mane ola biləcək qüvvəyə malik olmadıqlarını və mütləq tez bir zamanda Azərbaycan dövlətinin haqlı tələblərini yerinə yetirməyə məcburdurlar. Ermənistan Respublikası ancaq bu yol ilə öz varlığını qoruya bilər. Himayədarlarının köməyinə baxmayaraq, güclü Azərbaycan dövləti ilə yenidən revanşist müharibə aparmaq erməni dövlətinin sonunu gətirəcəkdir.

16 avqust 2021-ci il tarixdə Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına rəsmi səfərdə olmuşdurlar. Son zamanlar Azərbaycan və Ermənistanın sərhədlərində baş verən silahlı insidentlərin baş verməsinə baxmayaraq, Ali Baş Komandanın işğaldan azad olunmuş sərhəd bölgələrə səfərlər etməsi Ermənistana və onun himayədarlarına sərt cavabdır. Prezident İlham Əliyev azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib. Səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olub, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənib, yeni tapşırıqlar verib.

Kəlbəcər və Laçın rayonlarına səfərlər özünə məxsusluğu ilə seçilir. Belə ki, vacib strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu prezident İlham Əliyevin sərəncamına əsasən tikintisi davam etdirilir və yol üzərində 3 tunelin tikintisi aparılacaqdır. Qeyd edək ki, işğal dövründə Ermənistan tərəfi Şərqi Zəngəzur və Qarabağda qanunsuz məskunlaşmanı həyata keçirmək üçün Laçın dəhlizindən əlavə olaraq qədim Azərbaycan torpaqları olan Basarkeçər ilə Kəlbəcəri birləşdirən yol çəkdirmişdi. Üçüncü istiqamətdə isə Qərbi Zəngəzuru Cəbrayıl rayonuna birləşdirən yolun çəkilməsi nəzərdə tutulurdu. Bu qanunsuz hərəkətlərə ATƏT-in Minsk qrupu heç bir müdaxilə etməmişdi. Ancaq Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində tam qələbə əldə edərək, ermənilərin arzularını ürəklərində qoymuş oldu.

Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanının təməlqoyma mərasimində də iştirak edən Ali Baş Komandan region üçün bu hava limanının vacib olduğunu bildirdi. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanın inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Ali Baş Komandan səfər zamanı Ermənistana və himayədarlarına yenə də tarix dərsi keçərək, acıq mesaj verdi: “Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”.

İşğaldan azad olunmuş torpaqlarımıza Ali Baş Komandanın səfərləri həm regionun yenidən bərpasına sürətli təkan verməklə yanaşı, siyasi arenada da böyük güc göstərişidir. Artıq Ermənistan tərəfi bunu anlayır. Azərbaycanın regionda liderliyinə mane ola biləcək qüvvəyə malik olmadıqlarını və mütləq tez bir zamanda Azərbaycan dövlətinin haqlı tələblərini yerinə yetirməyə məcburdurlar. Ermənistan Respublikası ancaq bu yol ilə öz varlığını qoruya bilər. Himayədarlarının köməyinə baxmayaraq, güclü Azərbaycan dövləti ilə yenidən revanşist müharibə aparmaq erməni dövlətinin sonunu gətirəcəkdir.

Elzamin Həsənov,

Xəzər rayonu 230 nömrəli tam orta məktəbin Tərbiyə İşləri üzrə direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə