Cənab Prezidentin söylədiyi fikirlər Ermənistan üçün xilas yoludur -DEPUTATDAN AÇIQLAMA

"Azərbaycan Prezidenti cənab İlham Əliyev CNN türk kanalına verdiyi müsahibədə bildirmişdir ki, bölgədə inkişaf, sabitlik, əmin-amanlıq üçün atılan zəruri addımların yol xəritəsini müəyyənləşdirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas məqsədi bizim bölgədə tərəfdaşlıq üzərində qurulan yeni sistemin formalaşmağıdır: "Ermənistan Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarına son qoyarsa, o zaman bu sistemdə iştirak edə bilər. Söhbət kommunikasiyaların açılmağından, ticari dövriyyələrin olmasından gedir. Bununla yanaşı, cənab Prezident xüsusi qeyd edib ki, hansısa revanş barəsində, yaxud da üçtərəfli bəyannamədə nəzərdə tutulan addımlarda Ermənistan yenə təxribat, yenə hərbi əməliyyatlar yolu seçəcəksə bilməlidirlər ki, Azərbaycanın "Dəmir Yumruğu" yerindədir. Həm Ermənistan, həm də onlara dəstək verən qüvvələr bilməlidirlər ki, heç bir şey dəyişməyib. Onu da bilməlidirlər ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin icrasını təmin etdi, məhz üçtərəfli bəyannamənin də bütün şərtlərini icra etməyə hazırdır". Əslində, cənab Prezidentin söylədiyi fikirlər Ermənistan üçün xilas yoludur. Emənistan əgər dövlət kimi bu bölgədə mövcud olmaq istəyirsə, o zaman dövlətimizlə sürətli şəkildə sərhədlərin delimitasiyasına və üçtərəfli bəyannamənin bütün şərtlərinin icrasına başlamalıdırlar. Əksi təqdirdə təxribatlara davam edərlərsə bilməlidirlər ki, "Dəmir Yumruq" onların başına bir daha dəyəcəkdir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə