Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb - FOTO-VİDEO

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb - FOTO-VİDEO

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə