Əsgəran şəhərinin erməni icmasının rəhbəri Xankəndinin susuz qalan məhəllələrinə içməli su çatdırmaq üçün 5-6 litr və daha çox həcmli plastik qablara ehtiyac duyulduğu barədə xəbər yayıb. SİA xəbər verir ki, bunun üçün icma rəhbəri saat 9-a qədər vaxt da verib.
"Qarabağda yaşamaq və yaratmaq istəyimizi əməllərimizlə sübut edək. Sizdən bu mesajı yaymağınızı xahiş edirik", deyə icma rəhbəri Facebook səhifəsində yazıb.
Qeyd edək ki, havaların isti keçməsi səbəbindən bulaqlarda suyun azalması Qarabağın iri yaşayış məntəqələrindən biri, əsasən ermənilərin yaşadığı Xankəndi şəhərində su qıtlığı yaradıb. İnsanlar günlərlə su növbəsinə dayanır, bəzən içməyə belə su tapmırlar. Şəhərdəki separatçı qurumun rəhbəri isə sadə insanları su ilə təmin etmək əvəzinə qanunsuz silahlı birləşmə yaradır, Azərbaycan xalqı ilə birgəyaşayışı hər vəchlə inkar etməyə çalışır. İtirən isə sadə ermənilər olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB