Arşak Karapetyan Rüstəm Muradovla nəyi müzakirə edib?

Avqustun 5-də Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Qarabağdakı sülhməramlı hissəsinin komandanı general-leytenant Rüstəm Muradovla İrəvanda görüşüb. SİA xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən "Armenpress"ə məlumat verilib.

Rusiya sülhməramlı qüvvələrinin rəisi müdafiə nazirini təbrik edib.

Görüş zamanı tərəflər Rusiya sülhməramlı missiyası ilə bağlı cari məsələləri, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə