"Məmur vətəndaşın xidmətçisidir" - Media eksperti mövqe bildirdi
"Vətəndaş-məmur münasibəti dedikdə, əlbəttə, bunun bir hüquqi bazası var. Məmurlar vətəndaşlarla davranışlarını buna uyğun qurmalıdırlar. Amma bununla yanaşı, cənab Prezidentin göstərdiyi bir yol var. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, məmur vətəndaşın xidmətçisidir, dövlət vətəndaşın xidmətçisidir. Cənab Prezidentin özü məmur deyil, Prezidentdir. Buna baxmayaraq vətəndaşa xidmətin ən yaxşı örnəyini nümayiş etdirir. Bütün davranışlarında, ən sadə insanlarla rəftarında biz onun vətəndaşa nə qədər yaxın olduğunu görürük. İstər ağzından çıxan sözlər, istər hərəkətləri, istərsə də insanlara yanaşması örnək təşkil edir. Təbii ki, bununla bir dövlət başçısı kimi vətəndaşa xidmətin nümunəsini ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.
"Məmurlar cənab Prezidentdən örnək götürməlidirlər", deyən media eksperti öz fikirlərini belə açıqlayıb: “Bu baxımdan, Azərbaycan məmurları da cənab Prezidentin örnəyini təqlid etsələr, onun qoyduğu qaydalar çərçivəsində davransalar, inandırıram sizi ki, bütün vətəndaşlar razı qalacaqlar”.
Məmurların vətəndaşları narahat edən xüsusiyyətlərini Azər Həsrət belə izah edib: “Amma təəssüflər olsun ki, bəzən ən kiçik bir vəzifədə işləyən məmur belə vətəndaşlarda çox ciddi narazılıqların yaranmasına səbəb olur. Təkəbbürlülük, lovğalıq, vətəndaşa münasibətdə saymazlıq, vəzifədən sui-istifadə, gərəksiz bürokratiya və əngəllərin yaradılması bütün bunlar vətəndaşları narahat edən amillərdir”.
Məmurların vətəndaşları necə razı sala biləcəyindən danışan media eksperti bunları qeyd edib: “Məmur mümkün qədər çalışmalıdır ki, ona müraciət edən bu və ya digər işlə bağlı hansısa məsələni gündəmə gətirən vətəndaşı ən qısa müddətdə razı sala bilsin. Yəni get-gəllərdən imtina etmək lazımdır. Davranışda ədəb qaydalarına riayət etmək lazımdır. Təkəbbür, lovğalıq, vəzifənin gətirdiyi üstünlükdən sui-istifadə edilməməlidir. Bunlar olmayacağı təqdirdə, əlbəttə, vətəndaş məmurdan razı qalacaq”.
"Vətandaşların məmurlardan razı qalması mümkündür", deyən media eksperti əlavə edib ki: “Məmurdan razı qalması həmin vətəndaşın həm də dövlətdən razı qalması deməkdir. Mən bu baxımdan düşünürəm ki, məmurlar cənab prezidentdən örnək götürərək, vətəndaşlarla işlərkən qeyd olunan amillərə diqqət etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB