Şəhidin məzarı və bayraq yanmadı! FOTO

Qardaş ölkədən – Türkiyədən gələn görüntülər hər kəsin ürəyini dağlamaqdadır. Belə ki, meşə yaxınlığında yerləşən qəbiristanlıqlardan biri yanğın nəticəsində tamamilə yararsız hala düşüb. Lakin yanğından sonra hər kəsin diqqətini çəkən bir məqam insanları dəhşətə gətiirib. Məlum olub ki, həmin qəbiristanlıqda yerləşən şəhid məzarı və onun üzərində dalğalanan Türkiyə bayrağı yanmayıb.

2018-ci ilin oktyabrın 27-də, dağlıq ərazilərin birində ölkə düşmənləri ilə üz-üzə dayanarkən, donaraq şəhid olan Mersin doğumlu əsgər Faruk Dikmenin məzarı və baş ucundakı türk bayrağı şiddətli yanğına baxmayaraq, toxunulmaz qalıb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. İnsanlar qəbiristanlığın tamamilə kül olduğunu, yalnız şəhid məzarının yanmamasını heyrətlə dilə gətirirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə