Putin: Müsəlman ölkələri Rusiyanın dəstəyinə arxalana bilərlər

Rusiya Prezidenti Vladimir Putin "Rusiya - İslam Dünyası" XII Beynəlxalq İqtisadi Sammitinin iştirakçılarına göndərdiyi məktubunda müsəlman ölkələrinin regional böhranların aradan qaldırılmasında Rusiyanın dəstəyinə arxalana biləcəklərini söyləyib.

Rusiya Federasiyası və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iştirak etdiyi "Rusiya - İslam Dünyası" illik Beynəlxalq İqtisadi Zirvə Toplantısı 28-30 İyul tarixlərində Kazanda keçirilir.

"Kazanda XII Rusiya-İslam Dünyası Beynəlxalq İqtisadi Sammitinin açılışı münasibətilə sizi ürəkdən salamlayıram. Rusiya ilə müsəlman ölkələri arasında münasibətlər ənənəvi olaraq mehriban və konstruktivdir"- deyə Kremlin saytında yerləşdirilən teleqramda deyilir.

Rusiya lideri qeyd etdi ki, Rusiya və müsəlman ölkələri dinlərarası və sivilizasiyalararası dialoqun təşviqi, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ədalətli və demokratik dünya nizamı qurulması maraqları çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

Onun sözlərinə görə, ticarət, iqtisadi, investisiya, elmi-texniki, humanitar və bir çox digər sahələrdə təmaslar yaxşı gəlir gətirir.

"Vurğulamaq istərdim ki, tərəfdaşlarımız regional böhranların və kəskin sosial problemlərin aradan qaldırılması, terrorizm və ekstremizmin bütün təzahürlərinə qarşı mübarizə səylərində Rusiya Federasiyasının dəstəyinə və köməyinə tam arxalana bilərlər"- Prezident qeyd edib.

Putin sammitdəki müzakirələrin konstruktiv olacağına, yeni əməkdaşlıq formalarının, birgə layihələr vəd etməsinə kömək edəcəyinə və ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə