15 iyul - demokratiya və milli birlik günü - ŞƏRH

15 iyul - demokratiya və milli birlik günü - ŞƏRH

Prezident İlham Əliyev həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olduğunu deyib

Dünya tarixində bəlkə də ilk dəfə bir xalq bütün dini, siyasi inanc və təbəqəsindən asılı olmayaraq qarşısına çıxan çevrilişə cəhdi dəf etdi. Dövlətin tankını, tüfəngini vətəndaşına tuşlayan, dövlətin döyüş təyyarələri ilə vətəndaşını bombalayan hərbi forma geyiminə bürünmüş xainlər qarşısında vətəndaşını gördü. Bir szlə, 15 İyul gecəsi Türkiyə xalqı yeni bir dastan yazdı: Mənim Vətənimə, bayrağıma, səsimlə seçilən dövlət başçısına, Məclisimə və seçdiyim üzvlərinə, birlik və bütövlüymə, dini inancıma, həyat tərzimə əl uzada bilməz!, - dedi. Və xəyanətkar qruplaşman alçaq planlarını iyulun 15-i axşam saatlarında həyata keçirtməyə çalışdı, bu yolda 208 Vətən övladı şəhid oldu: Vətəni, bayrağı, səsilə seçilən dövlət başçısı, birlik və bütövlüyü uğrunda!

“Bir millət, iki dövlət” - Azərbaycan-Türkiyə ən çətin anların sınağından çıxan qardaşlıq birliyi

Dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Qeyd edək ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib. Dövlətimizin başçısı ilk növbədə həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.Dövlətimizin başçısı eyni zamanda qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi günlərində olduğu kimi, bu gün də Azərbaycanın dost və qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında sıx birliyin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib və öz növbəsində Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcəyinə əmin olduğunu bildirib.Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət» kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə